Akkonun meri: “Azərbaycan Cənubi Qafqazda geosiyasi proseslərin lideridir”
Tarix: 24.12.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


İsrailin Akko şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib. Azərbaycan ilə İsrail arasında strateji tərəfdaşlığın 22 illik tarixi ərzində ilk dəfə keçirilən bu təntənəli mərasim Akko şəhərinin meri Şimon Lankrinin təşəbbüsü ilə şəhər Bələdiyyə Şurasının iclas salonunda təşkil edilib.
Ttədbirin rəsmi hissəsinin əvvəlində İsrailin və Azərbaycanın dövlət himnləri səslənib. Akko şəhərinin meri Şimon Lankri təntənəli gecəni açaraq əslən Azərbaycandan olan tədbir iştirakçılarını əlamətdar bayram – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
Mer deyib: “Bu gün tarixi yaradan siz və bizik. İlk dəfədir ki, biz azərbaycanlıların birlik və həmrəylik bayramını bu cür yüksək səviyyədə, dövlət səviyyəsində qeyd edirik. Məhz Azərbaycandan olan insanların sayəsində mən bu ölkəni tanımışam və onu bütün qəlbimlə sevmişəm. Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyətli ölkə və geosiyasi proseslərin lideridir. Bu fakt mənə həmişə xoş təsir bağışlayıb ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, oradakı yəhudilər özlərini heç vaxt qərib hiss etməyiblər. Yəhudilərə bu cür səmimi və mehriban münasibət tarixi faktdır və bu, məni daha da ruhlandırır”.
Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti ilə yaxşı tanış olduğunu bildirən Şimon Lankri deyib: “Düz bir il bundan əvvəl “Justice for Khojaly” (“Xocalıya ədalət”) beynəlxalq kampaniyası çərçivəsində məhz Akko şəhər bələdiyyəsində Heydər Əliyev Fondunun dəstəyi ilə çox yüksək səviyyədə səyyar sənədli fotosərgi keçirildi. Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı faciəyə həsr edilmiş bu fotosərgi şəxsən mənə sarsıdıcı təsir bağışladı. Biz həmin hadisənin necə baş verdiyini xatırlayırıq və vəhşilik, vandalizm təzahürü olan qanlı Xocalı qırğınını unutmağa sadəcə haqqımız yoxdur. Mən çox ümid edirəm ki, Azərbaycanın işğal edilmiş əraziləri tezliklə azad olunacaq və azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıda biləcəklər”.
Akko şəhərinin meri onu da qeyd edib ki, şəxsən onun təşəbbüsü ilə Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryevin dəstəyi ilə “Tikvateynu – bizim ümid yerimiz” adlı Mədəniyyət və İrs Evinin yeni, çoxfunksiyalı və abad binasının tikintisinə başlanıb. Mer vurğulayıb: “Biz həmin binanın ikinci mərtəbəsində Heydər Əliyev adına Azərbaycan Evi yaradacağıq, çünki Azərbaycanın ümummilli lideri İsrail dövləti ilə Azərbaycan Respublikası arasında indiki strateji tərəfdaşlığın yaradılmasında və möhkəmlənməsində həlledici rol oynayıb. Bu şəhərin meri və rəhbərlik etmək şərəfinə layiq görüldüyüm bələdiyyənin rəhbəri kimi deyə bilərəm ki, Heydər Əliyev adına Azərbaycan evi qədim və multikultural Akko şəhərinin ayrılmaz və müasir rəmzinə çevrilməsi üçün əlimizdən gələni edəcəyik”.
Akkodakı Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Nexamiya Şirin Mixaeli Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün məhz Akkoda - əslən Azərbaycandan olan minlərlə sakinin yaşadığı şəhərdə keçirmək kimi tarixi əhəmiyyətli təşəbbüsə görə Akko şəhərinin merinə təşəkkürünü bildirib. Nexamiya Şirin Mixaeli deyib: “Heydər Əliyev adına Azərbaycan Evi yaratmaq imkanına görə mer Şimon Lankriyə təşəkkür edirəm. Bu ev əslən Azərbaycandan olanlar icmasının real əlaqələndirmə mərkəzi olacaq. Əslən Azərbaycandan olanlar icmasının həll etməli olduğu problemlər çoxdur – onlar Azərbaycan xalqının milli ənənələrini, onun bənzərsiz dilini, mədəni irsini qoruyub saxlamalı və inkişaf etdirməli, bu insanların İsrail cəmiyyətinə inteqrasiyasına kömək etməlidirlər. Təəssüf ki, bəzi insanlar Azərbaycanı tərk edəndən sonra Vətəni unudurlar. Biz - əslən Azərbaycandan olan yəhudilər və azərbaycanlılar doğma Azərbaycanımızı heç vaxt unutmamışıq və unutmayacağıq”.
Beynəlxalq münasibətlər sahəsində ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi barədə ətraflı məlumat verib. O vurğulayıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir. Ermənistanla gərgin və qanlı ərazi münaqişəsinə, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə, ikili standartlardan əziyyət çəkməsinə və çox mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, bu ölkə eyni zamanda əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin tolerantlığın və multikulturalizmin qorunub saxlanmasına yönəlmiş siyasətin səmərəsi müasir və güclü Azərbaycan modeli nümunəsində aşkar görünür. Bu gün Azərbaycan multikulturalizmi İsrail dövlətində də öz əksini tapır. Burada biz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və yəhudi xalqının müqəddəs Xanuka bayramını eyni vaxtda qeyd edirik”.
Tədbirin rəsmi hissəsindən sonra rejissor Səadət Şükürovanın rəhbərliyi ilə hazırlanmış zəngin bədii proqram təqdim edilib. Mirzəyevlər ailəsinin İsraildə doğulmuş övladları - Sadıq, Sara və Fuad Mirzəyevlərin ifasında Azərbaycan şairləri Səməd Vurğun, Nəriman Həsənzadə və Məmməd Arazın Azərbaycana həsr edilmiş şeirləri səslənib, Orxan Qəribovun rəhbərlik etdiyi “Qafqaz quşları” rəqs ansamblı öz ustalığını nümayiş etdirib.
Tədbirin bədii hissəsində Mehman Quliyev və Səadət Şükürova vətənpərvərlik mövzusunda çıxış edib, Araz Mirzəyev eyni ruhda mahnılar oxuyub. Əslən Azərbaycandan olan yəhudilərin “Mənim Azərbaycanım” və Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayevanın “Mən azərbaycanlıyam” klipləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi kəlamı ilə tamamlanıb: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info