Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları seminarda iştirak ediblər
Tarix: 24.12.2014 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Batumi şəhərində Gürcüstan hökumətinin dəstəyi ilə, ATƏT katibliyi, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsi tərəfindən təşkil edilmiş “Korrupsiyanın qarşısının alınması” mövzusunda regional seminar keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının da qatıldığı tədbirdə Cənubi Qafqaz və Şərqi Avropa ölkələrinin nümayəndələri ilə yanaşı nüfuzlu beynəlxalq təşkilatların ekspertləri tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində tətbiq edilən müasir inzibati və preventiv tədbirlər, anti-korrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, institusional yeniliklər və digər məsələlər ətrafında çıxışlar edilib.
Seminarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Samir Mahmudov təqdimatla çıxış edərək korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, hüquqi şəxslərin cinayət məsuliyyəti, istintaq sövdələşməsi və qanunsuz varlanma üzrə milli qanunvericilikdə edilən dəyişiklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info