Azərbaycanın yeraltı sərvətləri olan neft və qazdan ölkə əhalisinin xeyrinə istifadə olunur
Tarix: 24.12.2014 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


“Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan hədsiz imkanlara malikdir”. Bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Delaver Universitetinin Qlobal Araşdırmalar İnstitutunda “Avrasiya regionunda və Azərbaycanda dinamikanın dəyişikliyi” mövzusunda mühazirəsi zamanı deyib. Bu barədə universitetin saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumatda mühazirənin Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadiyyatı, tarixi və mədəniyyətinə həsr edildiyi bildirilir.
Mühazirə zamanı diplomat qeyd edib ki, ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycanın inkişafına beynəlxalq ixrac boru kəmərlərinin tikintisi, texnologiyalara yatırılan investisiyalar və ticarətin genişləndirilməsi təsir göstərir.
O xatırladıb ki, əvvəllər Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olub, lakin bütün bu müddət ərzində ölkə xalqlarında "müstəqilliyə cəhd qalıb və 1991-ci ildə biz yenidən müstəqil dövlət olduq".
Mühazirənin gedişində Süleymanov qeyd edib ki, Azərbaycanın yeraltı sərvətləri olan neft və qazdan ölkə əhalisinin xeyrinə istifadə olunur.
Səfir onu da bildirib ki, Rusiya, İran və Gürcüstan Azərbaycanın qonşularıdır. Azərbaycan İslam və Avropa mədəniyyətlərinin qovuşuğunda yerləşir, ölkədə müxtəlif dinlərin nümayəndələri yaşayır.
Mühazirə zamanı diplomat, həmçinin dinləyicilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanda infrastrukturun inkişafına dair suallarını cavablandırıb.
Məlumatda qeyd olunur ki, Süleymanovun Delaverə səfəri Azərbaycanla ştat universiteti arasında əməkdaşlığın başlandığı vaxta təsadüf edir.
Universitetin Qlobal Araşdırmalar İnstitutu direktorunun qrant və müqavilələr üzrə müavini Den Bottomli bildirib ki, Delaver Universiteti Azərbaycanla əməkdaşlığın gələcəyinə inanır və gələcəkdə ölkənin diplomatları ilə görüşlərin keçiriləcəyini gözləyir.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info