Leyla Yunus həkimlərə qarşı hörmətsizlik edib
Tarix: 24.12.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Bu gunlərdə Ədliyyə naziri Fikrət Məmmədov İctimai Komitənin üzvlərini qəbul edib. Ədliyyə Nazirliyinin məlumatına görə, görüşdə komitə üzvləri bəzən problemlərlə rastlaşdıqlarını da qeyd ediblər. Belə ki, Bakı İstintaq Təcridxanasına tanınmış həkimlərlə birgə sonuncu başçəkmə zamanı onlar özünü "məzlum" kimi göstərməyə çalışan və səhhəti ətrafında əsassız səs-küy yaratmağa cəhd edən şəxs tərəfindən hörmətsizliyə və təhqirə məruz qaldıqlarını həyəcanla bildiriblər. Bu məsələ ilə bağlı İctimai Komitənin üzvü, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli ilə əlaqə saxlayıb ətraflı məlumat aldıq. Ə.Abbasbəyli dedi ki, bəzi KİV-lərdə hazırda həbsdə olan “hüquq müdafiəçisi” Leyla Yunusun həkim müayinəsindən keçirilməməsi, ona təzyiqlərin olması ilə bağlı fikirlər yer aldığını müşahidə ediblər: “Bunu dəqiqləşdirmək üçün öz təşəbbüsümüzlə Ədliyyə Nazirliyinə müraciət etdik. Ədliyyə Nazirliyi 22 dekabrda Səhiyyə Nazirliyinin 7-8 nəfərdən ibarət tibb heyəti və bir neçə vətəndaş cəmiyyəti nümayəndəsi ilə birgə Bakı İstintaq Təcridxanasına getməyə icazə verdi. Məqsədimiz Leyla Yunusun müayinə olunmasını təşkil etmək idi. Təəssüf ki, biz kameraya girərkən Leyla Yunus çox aqressiv şəkildə bizi qarşıladı. Ümumiyyətlə, müayinə olunmaqdan imtina etdi. Kobud şəkildə bizim kameradan çıxmağımızı tələb etdi və arxasını bizə qarşı çevirdi. Əgər onun səhhətində problem varsa, vaxtında ardan qaldırılmasını istəyirdik. Hər bir məhkum üçün belə həkim heyəti təşkil edilmir. Müayinə üçün bütün tibb avadanlıqları kənardan gətirilmişdi. Lakin L.Yunus məlum olmayan səbəblərdən müayinə olunmaqdan imtina etdi”.
Ə.Abbasbəyli bildirdi ki, L.Yunusun kamera yoldaşları ilə söhbət ediblər: “Onunla bərabər kamerada 3 nəfər qadın məhkum qalır. Onlar özlərinə və LeylaYunusa hər hansı təzyiqlərin olmadığını dedilər”. İctimai Komitə üzvünün sözlərinə görə, Leyla Yunusun hərəkətləri xoşagəlməzdir və təəssüf hissi doğurur: “O, bizə və həkimlərə qarşı hörmətsizlik etdi”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
20.09.2018
DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yaydı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info