“Görəsən, niyə indiki hakimiyyət günahkarların kim olduğunu müəyyənləşdirmir?”
Tarix: 24.12.2014 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


“Ukraynada dövlət çevrilişi planı quran qüvvələr istefaya getmədiyim halda məni öldürməyə qərar vermişdi”.
Bunu “Arqumentı i faktı” qəzetinə müsahibəsində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç deyib.
V. Yanukoviç bu ilin fevralında baş verən Avromaydan hadisələri barədə danışarkən nümayişçilərə atəş açmaq əmri vermədiyini deyib: “Meydanda Ukrayna üçün Avropa seçiminin uğurlu olacağına sidq ürəkdən inanan vətənpərvərlər çox idi. Lakin gəlin baxaq, meydan hadisələri kimə sərf edirdi? Meydanda duran on minlərlə insan heç nə əldə etmədi. Bütün mənfəət məsuliyyətsiz siyasətçilərə və onların sponsorlarına çatdı. Onlar saxta vədlərlə insanları inandırdılar ki, hər şeyə nail olmaq asandır və “parlaq gələcəyə” doğru yolda yeganə maneə Yanukoviçdir. Amma bu ssenarinin rejissorlarına Yanukoviç yox, Ukrayna lazım idi”.

Sabiq prezident 100-dən çox insanın öldüyü 18-21 fevral hadisələri barədə suala belə cavab verib: “Fevralın 18-də müxalifət insanları Ali Radaya apardı. Onların hədəfi vardı - parlament və Prezident Administrasiyasını tutmaq. Həmin vaxt DİN əməkdaşlarının əlində odlu silah yox idi, ona görə də odlu silah tətbiqi barədə əmr ola bilməzdi. Artıq fevralın 18-də gündüz çağı etirazçılar İnstitutskaya küçəsində ticarət mərkəzləri və yaşayış binalarını talan etməyə başladılar, Regionlar Partiyasının ofisinə hücum edərək, iki ofis əməkdaşını öldürdülər. Bundan sonra hadisələr inanılmaz sürətlə inkişaf etməyə başladı. Müxalifət tamamilə qanunun sərhədlərini keçməyə və açıq-aşkar silahlanmağa başladı. Tək bir gün içində – 18 fevralda odlu silahdan açılan atəş nəticəsində 10-dan çox milis əməkdaşı xəsarət aldı. Deyin görək, nümayişçilərdə silah olmasaydı, bu, necə baş verə bilərdi? Elə bu vaxt Qərbi Ukraynada radikal qruplar kütləvi şəkildə dövlət idarələrini tutmağa başladılar. O cümlədən, DİN və Təhlükəsizlik Xidmətinin binalarını, silah anbarlarını. Onların əlində minlərlə odlu silah peyda oldu. Biz başa düşürdük ki, əgər bu silahlar Kiyevə gəlsə, qan tökülməsindən qaça bilməyəcəyik. Ona görə də, qanunsuz hərəkətlərin qarşısını almaq və qətiyyən silah işlətmədən meydana aparan küçələri boşaltmaq qərarı verildi”.

V. Yanukoviçin sözlərinə görə, Ali Radada impiçment cəhdi baş tutmadıqdan sonra müxalifət ona təzyiqlər etməyə başlamış, bu baş tutmadıqda isə sui-qəsd planı işə düşmüşdü: “Fevralın 20-nə olan məlumatlara görə, 20 milis əməkdaşı öldürülüb, 130 nəfər də yaralanıb. Amma bu barədə heç nə açıqlanmır. Görəsən, niyə indiki hakimiyyət bu məsələni araşdırmır, günahkarların kim olduğunu müəyyənləşdirmir?”
V. Yanukoviç onu da əlavə edib ki, əgər Almaniya və Polşa XİN başçılarının, eləcə də Fransa XİN nümayəndəsinin iştirakı ilə müxalifət və iqtidar arasındakı razılaşmaya əməl olunsaydı, qanlı hadisələr də baş verməzdi.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info