Gənclərin “Quba Soyqırımı Memorial Kompleksi”nə turu təşkil olunub
Tarix: 24.12.2014 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkilatın üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə Quba rayonunda yerləşən “Quba Soyqırımı Memorial Kompleksi” nə məlumat turu təşkil olunub
Məlumat turu Azərbaycan tarixinin gənc liderlər arasında daha dərindən mənimsənilməsi məqsədilə təşkil olunub.
Məlumat turu zamanı iştirakçılara 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş qırğınlar, bu faciənin miqyası və məqsədi, həmçinin Memorial Kompleks ərazisində aşkar olunmuş kütləvi məzarlıq barədə məlumat verilib. Kompleksdə iştirakçılar 1918-ci il mart hadisələrinədək Qubadakı dinc həyatı, eləcə də qırğınların miqyasını nümayiş etdirən faktlar, foto və video materiallarla tanış olublar.
Məlumat üçün qeyd edək ki, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 18 sentyabr 2013-cü il tarixində “Quba Soyqırımı Memorial Kompleksi”nin açılışı baş tutub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info