Qurban Qurbanov “İlin baş məşqçisi” seçildi
Tarix: 24.12.2014 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri" layihəsinə yekun vurub. Ardıcıl ikinci dəfə təşkil olunan layihənin bu gün mükafatlandırma mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyi, müxtəlif federasiyalar, veteran futbolçular və idman ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə baş tutan tədbir yenilikləri ilə diqqət çəkib. 1 il öncə 34 KİV-in qatıldığı sorğuya daha 7-si əlavə olunub. Həmçinin 2013-cü illə müqayisədə bu dəfə respondentlərə 7 deyil, 9 nominasiya üzrə qalibləri seçmək imkanı verilib. Qaliblərin adları isə videogörüntü ilə açıqlanıb. “İlin idman xadimi” gənclər və idman naziri Azad Rəhimov, “İlin idmançısı” sərbəst güləş üzrə Avropa və dünya çempionu Hacı Əliyev, “İlin yerli futbolçusu” Qara Qarayev ("Qarabağ"), “İlin əcnəbi idmançısı, Riçard Almeyda ("Qarabağ"), “İlin komandası” (kollektiv idman növləri üzrə) "Qarabağ" futbol komandası, “İlin baş məşqçisi” (bütün idman növləri üzrə) Qurban Qurbanov ("Qarabağ") seçiliblər. Qeyd edək ki, mükafatlandırma mərasimdə sürpriz olay baş verib. Tədbirdə 41 KİV nümayəndəsinin hamısının səsini qazanan Qurban Qurbanov mütləq qalib elan olunub. Qurban Qurbanov mərasimində jurnalistlərə açıqlamasında deyib ki, azarkeşlərimiz həmişə "Qarabağ"ı layiqincə dəstəkləyib və komandanın yanında olub: “Bu gün bizim 60 minlik stadionumuz da olsa, inanıram ki, o stadion tam dolacaq. Çünki "Qarabağ" bu gün, həqiqətən, azarkeşlərin rəğbətini qazanıb. Biz də çalışacağıq ki, uğurlu oyunlarımızı davam etdirək". Məşqçi bildirib ki, fevral ayının 5-də UEFA-nın onların xeyrinə qərar qəbul edəcəyinə inanırlar: “Amma bu o demək deyil ki, bu qərar "Qarabağ"ın qrupdan çıxmasını və bizim növbəti mərhələdə oynamağımızı təmin edəcək. Çünki futbol tarixində hələ belə bir şey olmayıb”. İlin məşqçisi seçilməsinə də münasibət bildirən təcrübəli mütəxəssis bunları deyib: "Keçən il də bu mükafata layiq görülmüşdüm. Bu dəfə isə mütləq səs çoxluğu ilə qalib gəldim. Bu isə mənim məşqçilik məsuliyyətimi daha da artırır. Mənə səs verən hər kəsə öz təşəkkürümü bildirirəm". Mükafatı peşəkar boksçu Fariz Məmmədovdan almasına da toxunan Q.Qurbanov deyib: "Fariz mənim uşaqlıq dostumdur. Bu hədiyyəni mənə onun təqdim etməsi gözlənilməz oldu. İnanıram ki, gələcəkdə uğurlarımızın davamı gələcək və bizə dəstək olan bütün insanları öz nailiyyətlərimizlə sevindirəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10599

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info