“ABŞ Avropa ölkələrinin daxili işlərinə müdaxilə edir”
Tarix: 24.12.2014 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


“Amerika Birləşmiş Ştatları nəinki Mərkəzi Avropa ölkələrinin daxili işlərinə müdaxilə etməyə cəhd edir, eyni zamanda bu ölkələrin daxili işlərində də fəal rol oynamağa çalışır”. “Röyters”in məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib. Orbanın fikrincə, bütün bunlar “Ukraynada baş verən münaqişə və həmçinin azad ticarət haqqında ABŞ və Avropa İttifaqı arasında danışıqların” fövqündə baş verir.
“RİA Novosti”inin məlumatına görə, macar baş nazir ABŞ-la Rusiya arasında yaranmış “soyuq müharibə”də iştirak etmək istəmədiklərini deyib: “Amerika Birləşmiş Ştatları bizi heç də yaxşı şey vəd etməyən münaqişələrə sürükləmək istəyir. ABŞ ilə Rusiya arasında yaranmış “soyuq müharibə”də biz macarlar iştirak etmək istəmirik və bizim belə bir niyyətimiz də yoxdur”. Xatırladaq ki, bir müddət əvvəl də Macarıstanın baş naziri ABŞ tərəfindən güclü təzyiqdən də şikayətlənmişdi. Orbanın müstəqil siyasəti və Rusiya ilə iqtisadi əməkdaşlığı genişləndirməsi Vaşinqtonun xoşuna gəlmir. Bunun nəticəsidir ki, ABŞ Macarıstanın bəzi dövlət rəsmilərinin ölkəsinə gəlişinə qadağa qoyub. Bu barədə ABŞ-ın Macarıstandakı müvəqqəti işlər vəkili Andre Qudfrend macar dövlət televiziyasına verdiyi müsahibədə bildirib. Hökumət nümayəndələri olan bu şəxslərə tətbiq edilmiş yasaqlar onların korrupsiya ilə əlaqəli olmaları ilə əlaqələndirilib . Macar mətbuatının məlumatına görə, bu şəxslər əsasən baş nazir Orbana yaxın olan vergi xidmətinin nümayəndələridir. Bu ölkədə nəşr edilən “Napi Gazdasag” qəzetini ehtimalına görə, Macarıstanın vergi orqanları bu ölkədə fəaliyyət göstərən bir sıra ABŞ firmalarının fəaliyyəti ilə əlaqədar araşdırmalar aparırlar. Macarıstanın “Hungarian Voice” xəbərlər portalı isə istisna etmir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar Budapeştin Moskva ilə yaxınlaşmasının nəticəsidir. Ölkənin xarici işlər naziri Peter Siyyarto Vaşinqtondan korrupsiya ittihamları ilə əlaqədar sübutlar tələb edib. “Dpa” agentliyinin xəbərinə görə, Macarıstan XİN-ə dəvət edilən amerikalı müvəqqəti işlər vəkili bir çox məsələlər aydınlıq gətirmək əvəzinə, fikirlərin səmimiyyətdən uzaq qeyri-adi sözlərlə çatdırmağa çalışıb. Macar mediası yazır ki, ABŞ Rusiya ilə Macarıstan arasındakı enerji əməkdaşlığını qəbul etmək istəmir. Ona görə də, “Qazprom”un Macarıstanın MOL şirkətinin Xorvatiyadakı aktivlərini almaq istəyinə qarşı çıxır. Vaşinqton iki ölkə arasında enerji sektorunda strateji əhəmiyyətli layihələrin reallaşmasına imkan vermək istəmir. Xatırladaq ki, Vaşinqton Xorvatiyada yerləşən başqa şirkət - “İNA”nın da rus qazı almasına qarşı çıxış edir. Vaşinqton Rusiyanın Macarıstanın enerji sənaye sektorunda möhkəmlənməsindən ehtiyat edir.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info