“Ermənistanda ciddi bahalaşma gözlənilir”
Tarix: 24.12.2014 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


“Adambaşına düşən ehtiyac səbətində qeydə alınan bahalaşmanın 30 faizə yüksələcəyi gözlənilir”

Ermənistanın Milli Statistika Xidməti ilin əvvəlində ölkədə adambaşına düşən ehtiyac səbəti ilə bağlı rəqəmləri elan etmişdi. Həmin vaxt açıqlanmışdı ki, 2012-ci ildə adambaşına minimum ehtiyac səbəti 29 min 400 dram olduğu halda, 2013-cü ildə bu rəqəm 31 min 759 dram təşkil edib.
Bir il ərzində istehlak səbətində 2359 dram bahalaşma olub. “Nyus.am” yazır ki, 2014-cü il üçün artıq bu rəqəmin 37 min drama yüksəldiyi bəllidir. Yeni il bayramı öncəsi ərzaq məhsullarının qiymətində gözlənilən artım ehtiyac səbətinin qiymətini daha da artıracaq. “Nyus.am” yazır: “Ermənistanın maliyyə bazarında yaranmış qeyri-sabit vəziyyət nəticəsində, təkcə dekabr ayında ən mühüm 12 ərzaq məhsulunun qiymətində artım qeydə alınıb. Buraya çörək, şəkər, yumurta və süd məhsulları daxildir. Qənnadı məmulatları, pendir, kartof, tərəvəz və yağın qiymətində yüksək olmasa da, artım olub. Əsas ərzaq məhsulu sayılan çörəyin qiymətində 30 dramlıq, günəbaxan yağı və şəkərdə 100, süd məhsullarında isə 40-80 dramlıq artım qeydə alınıb. Minimum istehlak səbəti üçün bu artımlar ciddi nəticələrə səbəb olur. Məsələ ondadır ki. Ermənistanda əhalinin dolanışığı o qədər də yaxşı deyil. Belə olan halda ən əsas ərzaq məhsullarının qiymətində qeydə alınan artımlar onların sosial vəziyyətinin daha da ağırlaşmasına səbəb olur.

“Gələn il Rusiyanın Ermənistana satdığı qazı bahalaşdıracağı gözlənilir. Bu, Ermənistan üçün fəlakət deməkdir”

Ermənistan İstehlakçılar Cəmiyyətinin hesablamasına görə, 2014-cü il üçün ölkədə istehlak səbəti 12 faiz bahalaşıb. Bu rəqəm dekabrın 5-nə qədər aparılan təhlillər əsasında müəyyənləşib. Amma dekabrın 8-dən sonra vəziyyət kəskin dəyişib. Belə ki, dramın sürətlə dəyərdən düşməsi, əsas ərzaq məhsullarının qiymətinin artması göstərir ki, dekabrın sonuna qədər bu bahalaşma rəqəmi 30 faizə yüksələcək. Deməli, erməniləri yaxın bir neçə gün ərzində ciddi bahalaşma gözləyir”. Sayt qeyd edir ki, Ermənistandan xaricə az sayda məhsul ixrac olunur. Belə ki, ölkə, demək olar ki, idxalın hesabına yaşayır. Son hesablamalar göstərir ki, noyabr ayı üçün idxalda 11,8 faizlik azalma qeydə alınıb: “Ermənistanın idxalında “mineral məhsullar” 18,4 faizlik önəmli yerə sahibdir. Yanvar-oktyabr ayında bu məhsulların idxalında 4,5 faizlik azalma qeydə alınıb. Yanvar-sentyabr ayları ərzində Rusiyadan idxal edilən mavi yanacağın həcmi 6,7 faiz artıb. Eyni zamanda Ermənistanın ixracında 1,7 faizlik azalma müşahidə edilib. Rusiyanın Ermənistana satdığı qaz üçün müəyyən etdiyi (min kub metr üçün 189 dollar) qiymət də dəyişəcək. Məsələ ondadır ki, Rusiya bu qiyməti müəyyən edərkən Qərbin sanksiyalarına məruz qalmamışdı. İndi isə Rusiyanın özündə çətin iqtisadi vəziyyət yaranıb. Ona görə də gələn il Rusiyanın Ermənistana satdığı qazı bahalaşdıracağı gözlənilir. Bu, Ermənistan üçün fəlakət deməkdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info