“Putinin rusiyalılar arasında populyarlığı son illərdə ən yüksək həddə çatıb”
Tarix: 24.12.2014 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“Putinin fikrincə, Şərq təkmübarizlik növləri siyasət üçün vacib olan bacarıqlar, qabiliyyət və bilgilər verir”
Meksikanın "El Universal" media qurumu Putinin Qərbə qarşı dayanması ilə bağlı maraqlı yazı yazıb. Yazıda qeyd edilir ki, Putin 2014-cü ilin adamıdır: “Rusiya liderinin ölkənin soyuq müharibə bitəndən sonra bitmiş şöhrətini geri qaytarmaqla bağlı dəmir iradəsi, onun Qərbin dünya miqyaslı liderlərinə qarşı çağırışlar etməsi və beynəlxalq sistemdə sair davranışları bu ölkə başçısının xeyrinə ilin adamı kimi seçim etməyə imkan verir.
Putin klassik xarizmatik lider deyil. Onu Venesuela prezidenti Uqo Çaves, Kuba lideri Fidel Kastro və ya alman diktatoru Adolf Hitlerlə bir etmək olmaz. Putin nadir hallarda gülümsəyir, az zarafat edir və “sərt oğlan” kimi görünür. Putin gözəl fiziki formadadır, çünki daim məşq edir və karate üzrə qara kəməri var. Putinin fikrincə, Şərq təkmübarizlik növləri siyasət üçün vacib olan bacarıqlar, qabiliyyət və bilgilər verir. Bu, məqam kəskinliyini hiss etmək, rəqibin zəif və güclü tərəflərini görmək, daha yaxşı nəticəyə nail olmaq və daim öz üzərində işləmək üçün lazımdır.
“Kremlin uçuşu: Vladimir Putinin Rusiyası və inqilabın sonu” əsərinin müəllifləri olan Piter Beyker və Süzen Qlasserin fikrincə, Rusiya prezidenti həmişə soyuqdur və jurnalistlərlə, digər ictimaiyyət nümayəndələrilə görüşdə distansiya saxlayır: “Putin yaxşı yumor hissinə malik olmasına baxmayaraq, onu nümayiş etdirməyə çalışmır. Putinin yaxşı mavi gözləri var, amma onlardan onun ürəyini oxumaq mümkün deyil”.
Bundan başqa Putinin rusiyalılar arasında populyarlığı son illərdə ən yüksək həddə - 80 faizə çatıb. Bu baxımdan Rusiya prezidenti ilə Uruqvay prezidenti Xose Muxiki müqayisə edirlər. Putin inanır ki, SSRİ-nin çöküşü əsrin ən böyük geopolitik fəlakəti olub və yalnız o, dünyada müvazinəti bərpa edə bilər. Bu ilin hadisələri göstərir ki, Putin bu istiqamətə Rusiyanı yönləndirmək üçün əlindən gələn hər şeyi edir.
Rusiya prezidenti ABŞ-ı dünya nizamının pozulmasna görə ittiham edir və xəbərdar edib ki, belə halda yeni qlobal dünya idarəçiliyi sistemi yaratmağa cəhd etmək dünyanı anarxiya və xaosa döndərəcək”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info