“ASAN ödəniş“ portalı açılacaq
Tarix: 25.12.2014 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN ödəniş" terminallarının quraşdırılmasına başlayıb. Bu barədə dövlət agentliyindən bildirilib.
Həmin terminalların köməyi ilə vətəndaşlar Vergilər Nazirliyinin, Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişini həyata keçirə biləcəklər.
YHQ-nin pozulmasına görə cərimələrin ödənilməsi üçün protokolun nömrəsi və avtomobil sahibinin şəxsiyyət vəsiqəsindəki məlumatlar lazımdır. Qurğu banknotların və sikkələrin qəbulu üçün slotlarla təchiz edilib. Hazırda ilk "ASAN ödəniş" terminalı artıq "ASAN xidmət"in Sabirabad regional mərkəzində quraşdırılıb. Yaxın vaxtlarda qurğu bütün mərkəzlərdə quraşdırılacaq".
Dövlət Agentliyinin 2015-ci il üzrə planlarına Bakıdakı ictimai yerlərdə (parklarda, ticarət-əyləncə mərkəzlərində, yanacaqdoldurma məntəqələrində və s.) "ASAN ödəniş" terminallarının quraşdırılması daxildir. Yaxın gələcəkdə ümumilikdə 200-ə yaxın belə terminalın quraşdırılması planlaşdırılır.
Bundan əlavə, "ASAN ödəniş" portalının açılması nəzərdə tutulur. Onun köməyi ilə vətəndaşlar bank hesablarından, kredit kartlarından, “Elektron pul kisəsi”ndən və digərlərindən istifadə etməklə ödənişlər həyata keçirə biləcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info