Mirzə Şəfi Vazeh internet portalının təqdimatı
Tarix: 25.12.2014 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun V Qrant müsabiqəsində YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin XIX əsr görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin 220 illik yubileyi münasibətilə hazırladığı internet portalı layihəsi qalib elan edilib. Bu münasibətlə Gəncədə internet portalının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ramin Cəfərov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, gənclər təşkilatlarının nümayəndələri və ziyalılar iştirak ediblər. YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev
giriş sözü ilə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər siyasətinin ölkəmizdə uğurla həyata keçirilməsindən, onlara geniş yaradıcılıq imkanları yaradılmasından, qazanılan nailiyyətlərdən, bu istiqamətdə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi tərəfindən də genişmiqyaslı tədbirlərin reallaşmasından, şəhərin ictimai-siyasi həyatında gənclərin fəallığının daha da yüksəlməsindən söhbət açıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin , AMEA Gəncə Bölməsinin, Dünya Azərbaycanlılarının İctimai Birliyinin, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə ərsəyə gələn layihənin qalib elan olunmasını 2016- Avropanın Gənclər Paytaxtı Gəncənın daha bir uğuru kimi dəyərləndirib.
Azərbaycan Texnologiya Universitetinin dosenti Hüseyn Budaqov, Gəncə Dövlət Universitetinin müəllimi İsmayıl İsmayılov, AMEA Gəncə Bölməsinin əməkdaşı Seymur Əhmədov çıxışlarında ölkə başçısı cənab İlham Əliyevin tariximizə, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı göstərdiyini, görkəmli şair Mirzə Şəfi Vazehin 220 illiyi haqqında imzaladığı sərəncamın bu qayğının bariz nümunəsi olduğunu bildiriblər. Qeyd ediblər ki, 4000 illik tarixi olan Gəncədə şairin 220 illik yubileyi münasibətilə beynəlxalq elmi- praktik konfrans keçirilib. Onun adını daşıyan müasir səviyyədə yeraltı keçid istifadəyə verilib, möhtəşəm park salınır.
Azərbaycanın milli-mənəvi xəzinəsinin dünya miqyasında tanıdılması, təbliğ olunması və öyrənilməsi istiqamətində www.mirzeshefivazeh.az internet portalının çox mühüm əhəmiyyəti olacaq.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ramin Cəfərov Azərbaycanın dünya miqyasında nüfüzunun daha da artmasında, sürətli tərəqqi və inkişafda gənclərin böyük rolu olduğunu vurğulayıb. O, layihənin mahiyyətindən, cəmiyyətdə faydalılığından, daha çox region gənclərinin layihələrinə üstünlük verilməsindən danışıb. Əmin olduğunu bildirib ki, www.mirzeshefivazeh.az internet portalı fəaliyyətini genişləndirəcək, təkmilləşdirəcək və tezliklə böyük uğur qazanacaq. R. Cəfərov Gəncə gənclərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda www.mirzeshefivazeh.az internet portalının təqdimatı olub. Bildirilib ki, layihənin rəhbəri fəal gənc Tural Verdiyevdir.
Şairin həyat və fəaliyyəti, yaradıcılığı, kitabları, foto-arxivi haqqında məlumatları, tədqiqatçılar tərəfindən aparılan araşdırmaları və xəbərləri əks etdirən, 6 bölmədən ibarət olan xəbər portalı Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info