Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşüb
Tarix: 25.12.2014 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının inzibati binasında Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinlərini qəbul edib.
Nazirlikdən verilən məlumata görə, Azad Rəhimova qəbul zamanı 30-a yaxın vətəndaş gənclər, idman və digər mövzularla bağlı müraciət edib.
Gənclər sahəsində edilən müraciətlər sırasında QHT yaradılması üçün nazirlik tərəfindən dəstək verilməsi, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin lazımi avadanlıqlarla təmin edilməsi, məktəblərdə hərbi hazırlıq otaqlarının, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının keçirilməsi üçün bazanın yaradılması, yeni Gənclər Mərkəzlərinin açılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s mövzular olub.
İdman sahəsində edilən müraciətlər sırasında Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, yeni Olimpiya İdman Komplekslərinin tikilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakı və digərləri olub.
Müraciətlər sırasında eyni zamanda ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər də yer alıb.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info