Gürcüstan Azərbaycandan məhsul idxalını artırıb
Tarix: 25.12.2014 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Gürcüstan 2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 565,89 milyon dollar dəyərində məhsul idxal edib. “Trend”in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2014-cü ilin 11 ayının nəticələri üzrə xarici ticarət hesabatında bildirilir.
Hesabata əsasən, Azərbaycandan Gürcüstana idxalın həcmi il ərzində 1,8 faiz yüksəlib. Müqayisə üçün, 2013-cü ilin analoji dövründə Gürcüstan 555,81 milyon dollar məbləğində Azərbaycan məhsulu idxal edib.
Azərbaycan Gürcüstanın məhsul idxal etdiyi ölkələr siyahısında üçüncü yeri tutur. Ölkəyə gətirilən malların ümumi həcmində Azərbaycan ixracının xüsusi çəkisi 7,3 faiz təşkil edir.
Gürcüstan daha çox Türkiyədən məhsul idxal edir. 2014-cü ilin ilk 11 ayında Gürcüstan Türkiyədən 1,6 milyard dollar dəyərində (və ya idxalın ümumi həcminin 20,1 faizi) məhsul idxal edib.
Çin 673,76 milyon dollarla və ya Gürcüstan idxalının ümumi həcminin 8,7 faiz xüsusi çəkisi ilə ikinci yeri tutur.
Gürcüstan Azərbaycandan əsasən qaz, neft məhsulları, elektrik enerjisi və s. idxal edir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info