Ağstafada körpələr evi-uşaq bağçası istifadəyə verilib
Tarix: 25.12.2014 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Ağstafa rayonunun Poylu kənd 1 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir və yenidən qurmadan sonra istifadəyə verilib. Açılış münasibəti ilə təşkil edilən tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq bu münasibətlə kənd sakinlərini təbrik edib. Məhərrəm Quliyev bildirib ki, rayonda 34 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərir. Həmin uşaq müəssisələrində 1425 nəfər uşağın təlim-tərbiyəsi ilə 170 nəfər tərbiyəçi-müəllim məşğul olur. Bu məktəbəqədər tərbiyə müəssisələrindən 5-i şəhərdə, 29-u isə kəndlərdədir. Şəhərdə mövcud olan 5 bağçadan 2-si yeni tikilmiş, 2-si əsaslı təmir olunmuş, 5 saylı şəhər və Dağ Kəsəmən kənd 1 saylı körpələr evi-uşaq bağçalarının tikinti işləri sürətlə davam etdirilir. Qeyd olunub ki, məktəbəqədər təhsil ictimai-siyasi tərbiyə təhsil sisteminin ilk pilləsidir. O, ailə ilə sıx əməkdaşlıq şəraitində məktəbəqədər yaşlı uşaqların milli ruhda tərbiyəsini, məktəbə hazırlanmasını, ictimai-faydalı əməkdə iştirakını təmin edir. Azərbaycan Respublikasında cəmiyyətin bütün sahələrində olduğu kimi, məktəbəqədər təhsil sahəsində də məqsədyönlü islahatlar həyata keçirilir.
Sonra çıxış edən kənd sakinləri onlara göstərilən bu diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Daha sonra Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və kənd ağsaqqalı Valeh Yaqubov uşaq bağçasının açılışını ifadə edən rəmzi lenti kəsiblər. Tədbir iştirakçıları bağçada yaradılan yüksək şəraitlə yaxından tanış olublar.
Tədbirin sonunda uşaqlar ilə xatirə şəkili çəkdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info