“Praqmatik siyasətin uğurlu 11 ili”
Tarix: 25.12.2014 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Cenevrədə təhsil alan azərbaycanlı tələbələr “dəyirmi masa” keçiriblər

Cenevrə Berynəlxalq Universitetinin bir qrup tələbəsi Azərbycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə “Praqmatik siyasətin uğurlu 11 ili” mövzusunda “dəyirmi masa” keçiriblər. Tədbiri giriş sözü ilə açan universitetin tələbəsi Rüstəm Hüseynli bildirib ki, Prezident İlham Əliyevin uğurlu daxili, xarici siyasəti Azərbaycan dövlətinin sürətlə inkişafına şərait yaradıb. Onun sözlərinə görə, düzgün aparılan siyasət nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq arenada eşidilir, ölkəmizin nüfuzu daha da yüksəlir: “Bütün bunlar isə biz gənclərə əlavə ruh verir. Prezidentimizin gördüyü işlər, əldə olunan uğurlu nəticələr, eləcə də vətənpərvərlik nümunələri bizim üçün örnəkdir”. Rüstəm Hüseynli həmçinin əlavə edib ki, ölkə başçısının gənclərə, o cümlədən tələbələrə qayğısı onlarda ruh yüksəkliyi yaradıb: “Biz, ölkəmizin artan nüfuzu, Prezidentimizin diqqət və qayğısı fonunda özümüzü Avropada daha inamlı hiss edirik. Onu da nəzərinizə çatdırım ki, artıq, Avropada Azərbaycan sürətlə inkişaf etmiş, demokratik dəyərlərə sahib olan nüfuzlu ölkə kimi tanınır. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, iqtisadi imkanlarımızın artması Azərbaycanı daha da güclü ölkəyə çevirib. Azərbaycan iqtisadiyyatının dayanıqlı olması, iqtisadi sistemimizin mükəmməl olmasına dəlalət edir”. Onun fikrincə, Azərbaycan iqtisadi baxımdan da Avropa dövlətləri üçün mühüm partnyora çevrilib: “Dünyada gedən qlobal proseslər, dinamik siyasi hadisələr eyni zamanda Avropa ölkələrini alternativ enerji mənbələri axtarmağa vadar edir. Bu məsələdə də Azərbaycanın hansı əhəmiyyətə malik olması bəllidir. Azərbaycanın iştirakı olmadan mükəmməl enerji layihələrinin reallaşması çox çətindir. Buna görə də Avropa Azərbaycana xüsusi önəm verir. Eyni zamanda İsveçrə ilə də iqtisadi münasibətlərimiz getdikcə inkişaf edir”.
Digər tələbə Asim Müslümlü isə diqqətə çatdırıb ki, Azərbaycanın bütün sahələr üzrə inkişafı sevindirici haldır. O, həmçinin əlavə edib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurli siyasətin nəticəsidir: “Bizim bir nömrəli problemimiz Dağlıq Qarabağla bağlıdır. Məlumdur ki, erməni diasporu uzun illər dünyada, o cümlədən Avropada dünya ictimaiyyətini yalan informasiyalara inandırmışdılar. Amma bu gün artıq erməni mifi dağılıb, onların məzlum obrazının saxta olması dünya, eləcə də Avropa ictimaiyyətinə bəllidir. Bütün bunlar isə Azərbaycan Prezidentinin yürütdüyü uğurlu strateju siyasi xəttin bir hissəsidir”. O, əlavə edib ki, hazırda Azərbaycan iqtisadiyyatının güclü olması ölkənin imkanlarını daha da genişləndirir: “Azərbaycanın bir çox ölkələrlə, eyni zamanda Avropa dövlətləri ilə sıx iqtisadi münasibətləri var. Avropa ölkələri həmişə Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olub, bu proses bu gün də davam edir. Bu isə ölkəmizdə olan sabitlik, əmin amanlıqla yanaşı, həmçinin Azərbaycanın iqtisadi uğurları ilə bağlıdır. Azərbaycanın İsveçrə ilə də iqtisadi münasibətləri var və əlaqələrimiz daha da dərinləşəcək. Bundan başqa qeyir-neft sektoru, eyni zamanda turizm baxımından da Azərbaycan Avropa üçün maraqlıdır”. Asim Müslümlü əlavə edib ki, bir tələbə olaraq daim ölkə başçısının diqqət və qayğısını hiss ediblər.
Digər çıxışçılar da mövzu ətrafında fikir mübadiləsi aparıblar və öz fikirlərini bölüşüblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info