Gömrük nəzarətindən gizlədilmiş qanunsuz əşyalar aşkarlanıb
Tarix: 25.12.2014 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşı, Eyvazov Aynur Hüseyn oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz C180” markalı 90-HX-538 dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, arxa oturacağının altından daraqları ilə birlikdə 3 ədəd müxtəlif markalı pnevmatik tapançalar aşkar edilib. Bundan başqa, sürücünün oturacağının altında olan qara polietilen torbadan 20 ədəd üzərində 9 mm patronlar, şəffaf polietilen paketə bükülmüş vəziyyətdə 400 ədəd metal qırmalar, 3 ədəd pnevmatik silah üçün nəzərdə tutulmuş qaz balonları və 2 ədəd gözyaşardıcı qaz balonları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi digər bir əməliyyat nəticəsində isə külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsinin qarşısı alınıb. “Sınıq Körpü” Gömrük Postunda Gürcüstandan Azərbaycana gələn, Azərbaycan Respublikası vətəndaşı Məmmədov Elçin Davud oğlunun idarə etdiyi “Mercedes Benz Travego” markalı 90UB373 dövlət nömrə nişanlı sərnişin avtobusuna gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin qabaq sağ təkərinin üstündə yerləşən saxlanc yerindən, ümumilikdə 887 konvalyutada 11714 ədəd həblər və 4 adda 1590 ədəd dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info