Erməni satıcı: “Belə dəhşətli vəziyyət heç vaxt olmayıb”
Tarix: 25.12.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Kredit yükü altında erməni xalqının beli bükülüb”

“1in.am”-in yaydığı xəbərə görə, Yeni il ərəfəsi olmasına baxmayaraq İrəvan bazarlarında alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. İrəvanın “Firdovsi” bazarının satıcısı deyib ki, onun satış dəftərində son həftədə bir ədəd də olsun qeydiyyat aparılmayıb: “On beş ildir bu bazarda işləyirəm heç vaxt buranı boş görməmişəm. Saatlarla, günlərlə burada dayansaq da heç nə sata bilmirik. Əgər belə davam etsə, bu bazar tezliklə bağlanacaq. Belə dəhşətli vəziyyət isə heç vaxt olmayıb”.
Başqa bir satıcı da gündəlik satış qeydiyyatı apardığı dəftərini jurnalistlərə göstərib. Burada da son həftədə bir ədəd də olsa belə satışa dair qeyd olmayıb: “Səhərdən axşamacan buradayam bir ədəd də olsun mal satmamışam. İcarə haqqını borc alıb ödəyirəm. Bir sözlə vəziyyət dəhşətlidir”.
Digər bir satıcı deyib ki, belə vəziyyətin yaranmasının dolların bahalaşması ilə heç bir əlaqəsi yoxdur: “Bizdə alıcı yoxdur, ölkədə adam da qalmayıb. Doğrudur, dolların kursu qalxıb, amma biz ki, malın qiymətini qaldırmamışıq. Bir şey sata bilmirik ki, heç olmasa yeni ili qeyd edə bilək. Kredit yükü altında erməni xalqının beli bükülüb. Biz yalnız banklar və icarə haqqı üçün işləyirik. Biz həqiqətən də çox ağır vəziyyətdəyik və bu ölkənin hər yerində belə durum yaranıb”.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info