Azərbaycanlı alimlər ABŞ-da
Tarix: 25.12.2014 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Mehrac Abbasov və şöbənin böyük elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru Səidə Şərifova ABŞ-da 24 günlük təlim kursunda iştirak ediblər.
Kurs Prezident yanında Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində ABŞ-ın Kanzas Dövlət Universiteti (KDU) və Kənd Təsərrüfatı Departamentinin “Genotipləşdirmə və Sekvens” laboratoriyasında təşkil olunub. 2014-cü il “Yeni Nəsil Sekvenseri”-nin iş prinsipinin öyrənilməsi məqsədilə həyata keçirilən kursda tədqiqatçılar sekvenserin iş prinsipi, yüksək keyfiyyətli DNT-nin ekstraksiyasından genomun oxunmasına qədər bütün mərhələləri, sekvens üsulu ilə bitki genetik ehtiyatlarında biomüxtəlifliyinin öyrənilməsi metodikasını, o cümlədən nəticələrin bioinformatik və statistik analizi üsullarını mükəmməl öyrənib və Azərbaycan dilində təlimat hazırlayıblar. Səfər müddətində ABŞ-ın Kənd Təsərrüfatı Departamenti və KDU ilə yeni nəsil sekvenseri üzrə əməkşdaşlığın gücləndirilməsi və birgə layihələrin hazırlanması da müzakirə edilib. Qeyd edək ki, 2014-cü ildə Elmin İnkişafı Fondunun pilot layihəsi çərçivəsində GEİ-də regionda ilk dəfə olaraq, genomika laboratoriyası yaradılıb və ən müasir yeni nəsil sekvenserləri alınaraq quraşdırılıb. Hazırkı ezamiyyətdə də əsas məqsəd institutda mövcud olan sekvenserlərin işə salınması üçün tələb olunan metod və qaydaları öyrənmək olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info