DSMF qalib jurnalistləri mükafatlandırdı
Tarix: 25.12.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunda (DSMF) kütləvi informasiya vasitələri üçün “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” mövzusunda elan edilən müsabiqənin nəticələrinin acıqlanması münasibətilə tədbir keçirilib. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keşirilən müsabiqəyə həm televiziyalar, həm də qəzet və xəbər portalları böyük maraq nümayiş etdiriblər. Müsabiqəyə 1 oktyabr 2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixə kimi Azərbaycan Respublikasının sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim olunub. Müsabiqənin nəticələrinə görə, “Ən yaxşı məqalələr” nominasiyası üzrə 1-ci yeri “Vergiler.az” saytının müxbiri Elbrus Cəfərli, 2-ci yeri “Azərbaycan” qəzetinin müxbiri Elçin Cəfərov və “Kaspi” qəzetinin müxbiri Xəyalə Rəis, 3-cü yeri isə “Paralel” qəzetinin baş redaktor müavini Akif Nəsirli, “Novosti-Azerbaydjan” Xəbər Agentliyinin şöbə müdiri Nərminə Əli və “Palitranews.az” saytının şöbə müdiri İlkin Ağayev tutublar.
Müsabiqə dövründə televiziya kanallarında verilmiş “Ən yaxşı telesüjetlər” nominasiyası üzrə 1-ci yerə “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin redaktoru Elnur Teymuroğlu, 2-ci yerə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin müxbiri Əli Rzayev və “Space” Müstəqil Televiziya və Radio Şirkətinin müxbiri Rövşən Abdurəhmanlı, 3-cü yerə isə İctimai Televiziyanın böyük redaktoru Eldəniz Sücəddinoğlu və “Lider” televiziyasının aparıcısı Rasim Şərifov layiq görülüblər.
Müsabiqənin yekunlarına əsasən “Olaylar” qəzetinin müxbiri Alim Hüseynli, “Xalq qəzeti”nin müxbiri Zərifə Bəşirqızı, “Axar.az” saytının müxbiri Fərqanə Vəkilova, “Melumat merkezi.com” saytının redaktoru Günel Cəlilova, “Modern az.” Xəbər Portalının müxbiri Pərvin Arzuqızı, “Ekspress”qəzetinin müxbiri Vasif Cəfərov, “Azadinform.az” İnformasiya Agentliyinin müxbiri Fidan Əliyeva, “Hafta.az” saytının müxbiri Gülşanə Mustafayeva, “Baymedia.az” Xəbər Portalının redaktoru Mahir Həmzəoğlu, “Bakupost.az” internet qəzetinin şöbə müdiri Yaqut Məmmədova, “Bakı xəbər” qəzetindəki məqaləsinə görə jurnalist Rəsmiyyə Rzalı, “Trend.az” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli, “Şərq” qəzetinin əməkdaşı Məlahət Rzayeva, “Respublika” qəzetinin müxbiri Mustafa Kamal , “Fins.az” saytının redaktoru Namiq Hüseynov “Ən yaxşı məqalələr” nominasiyası üzrə fərqləndiklərinə görə diplom və həvəsləndirici mükafata layiq görülüblər.
DSMF-nin sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib. E.Mehdiyev bildirib ki, Fond sığorta- pensiya sahəsində görülən işlərlə bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verir və bu baxımdan gələcəkdə kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə istifadə olunacaq.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info