“Daily Mail: “Moskvalılar mağazalarda ayaqqablarını ABŞ bayrağına silirlər”
Tarix: 25.12.2014 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


İngiltərə mətbuatı Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların doğurduğu maraqlı hallardan yazıb. “Vesti.ru” xəbər verir ki, “Daily Mail”də gedən məqalədə vurğulanır ki, Moskva mağazalarında müştərilərə kirli ayaqqabılarını silmək üçün Amerika bayrağı formasında hazırlanmış ayaqaltılar təklif olunur. Hətta bununla bağlı “Daily Mail”in saytı Moskva mağazalarından birində çəkilmiş fotonu oxuculara təqdim edib. Şəkildən də göründüyü kimi, qapını açıb mağazaya daxil olan müştərilər ilk olaraq ABŞ bayrağının üstündən keçməli olurlar.
Britaniya jurnalistlərinin fikrincə, bu addım rus biznesmenlərinin Qərbin və ABŞ-ın Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalara qəzəbli cavabıdır. Britaniya qəzetinin bəzi oxucuları, məqaləyə şərh yazanlar isə bildirirlər ki, “Belə ayaqaltılarını dünyanın hər yerində satmaq lazımdır. O, demək olar ki, əksər ölkədə populyarlıq qazanacaq”. Bir başqa şərhdə isə vurğulanır: “Mən amerikalıyam və başa düşürəm ki, insanlar niyə belə addım atırlar!”
Çoxsaylı şərhlərdə daha sonra vurğulanır ki, tezliklə mağazalarda ABŞ bayrağının şəkili olan tualet kağızları da peyda olacaq. “Vesti.ru” isə yazır ki, onlar haqlıdırlar, artıq Moskvada belə tualet kağızları satışda var. Düzdür, adi tualet kağızından baha olsa da belə, məhsullar artıq satışda var”.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Hindistan prezidenti Narendra Modini baş nazir təyin edib
25.05.2019
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşları tələbələrlə görüşüblər
25.05.2019
Londondan 70-dən çox azarkeş Avropa Liqasının finalı üçün Bakıya gələcək
25.05.2019
XƏBƏRDARLIQ! Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək
25.05.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info