“Ukraynada zavod və fabriklər bağlanıb, biznes məhvə doğru gedir”
Tarix: 25.12.2014 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Nazarbayev: “Ukraynadakı vəziyyətdən nəticə çıxarmalıyıq”

“Qazaxlar Ukraynadakı vəziyyətdən nəticə çıxarmalıdırlar”.
Qazaxıstan mətbuatının verdiyi məlumata görə, belə bir bəyanatla Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astanada ümumilli telekörpü zamanı çıxış edib.
Ukraynadakı problemlərin kökünün qeyri-sabitlik və cəmiyyətdəki anlaşılmazlıqla bağlı olduğunu deyən N. Nazarbayev bu ölkədə zavod və fabriklərin bağlandığını, biznesin məhvə doğru getdiyini qeyd edib: “Siz doğrudan elə düşünürsünüz ki, sadə insan evdən çıxıb beli götürüb və döyüşməyə gedib? Əsla. Onları qardaş qırğınına siyasətçilər göndərirlər. Belə siyasətçiləri vaxtında, demokratiya haqda ağlaşma qurmadan dayandırmaq lazımdır”.
Ukraynaya kömək etmək üçün səfər etdiyini deyən N. Nazarbayev bu səfərdən hansısa dividendlər güdmədiyini bildirib: “İnsanlar həlak olanda, işləməyin mənası olmur. Nəyə görə 5 min adam ölüb? Hansı ideallar uğrunda mübarizə aparıblar? Bu yaraları sağaltmaq asan olmayacaq. Biz Ukraynanı tanıyırıq. Ölkə rəhbərlərini masa arxasında kompromis axtarmağa dəvət edirəm”.
N. Nazarbayev qeyd edib ki, bundan qazaxlar özləri üçün lazımi nəticə çıxaracaqlar: “Sabitlik, anlaşma mühitində sahib olduqlarımıza nail olmuşuq. Gəlin bunu dəyərləndirək və qoruyaq. Əgər bunu məhv etmək istəyənlər tapılacaqsa, cəmiyyətimizin bütün gücü ilə onlara cavab verməli olacağıq. Yəni, “öncə iqtisadiyyat, sonra siyasət prinsipi” həmişə işləyib və bundan sonra da işləyəcək. Anlaşma olmayan yerdə gələcək də yoxdur. Hamımız bunu gördük. Qazaxlar bu sadə həqiqəti qiymətləndirməlidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info