2014-cü ildə 5570-ə yaxın sahibkara 295 milyon manat güzəştli kredit verilib
Tarix: 25.12.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu Siyəzən rayonunun Böyük Həmyə kəndində keçirib. 100-dən çox sahibkarın iştirak etdiyi forumda Siyəzən rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, sahibkarlara cins heyvandarlıq, istixana və üzümçülük təsərrüfatlarının, fermer mağazalarının yaradılması üzrə layihələrin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Tədbirdə vurğulanıb ki, dünyada və regionda müşahidə edilən mənfi iqtisadi meyillərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr tam həcmdə icra olunur, sahibkarlığa dövlət dəstəyi və s. tədbirlər uğurla davam etdirilir. Təsadüfi deyildir ki, bu il sahibkarlığın inkişafına əvvəlki ilə nisbətən daha çox - 295 milyon manat güzəştli kredit verilmişdir. Bu kredit hesabına 5570-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilmişdir. Bu layihələrin reallaşdırılması 12500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Ötən illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 24,6% artmışdır. Güzəştli kreditlərin 77%-i respublikanın regionlarının, 23%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, iri fermer təsərrüfatları, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”lər, çörək zavodları, quşçuluq və intensiv bağçılıq təsərrüfatları, yem zavodları, tikinti materiallarının istehsalı müəssisələri, mis emalı, istixana konstruksiyaları və meyvəqurutma avadanlıqlarının istehsalı, meyvə və tərəvəz emalı müəssisələri və iqtisadiyyatın digər prioritet sahələri üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş yeni texnologiyalara əsaslanan 40-a yaxın istehsal, emal və aqrar sektora xidmət infrastrukturu müəssisəsi 2014-cü ildə istifadəyə verilmişdir. O cümlədən, 2014-cü il “Sənaye ili”ndə 27 yeni sənaye müəssisəsinin yaradılması yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 69,2 milyon manat güzəştli kredit verilmişdir.
Bildirilmişdir ki, 2015-ci ildə ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, logistika mərkəzlərinin, ixtisaslaşdırılmış “yaşıl market”lərin, aqroparkların, iri fermer, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, müasir istixana komplekslərinin, meyvə-tərəvəz emalı, qarışıq yem istehsalı, çörək istehsalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq.
Forum çərçivəsində 44 sahibkarlıq subyektinə 546,7 min manat güzəştli kredit verilmişdir. Ayrılmış kreditlər əsasən, heyvandarlıq, bağçılıq, taxılçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 60-dan çox yeni iş yerinin açılmasına imkan yaradacaq.

İlkin




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info