Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi tələbələrinin ənənəvi hesabat konserti
Tarix: 25.12.2014 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində (NDU) incəsənət fakültəsinin musiqi təlimi kafedrasının ənənəvi hesabat konserti keçirilib.
NDU-nun mətbuat şöbəsindən bildiriblər ki, kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov 2008-ci ildən fəaliyyət göstərən kafedra haqqında məlumat verib. O, burada 15 müəllimin, o cümlədən iki nəfər Azərbaycan Respublikasının Əməkdar Artistinin fəaliyyət göstərdiyini bildirib.
Qeyd olunub ki, 2012-ci ildə kafedranın tərkibində solo oxuma ixtisasının açılması inkişafa və rəngarəngliyə səbəb olub. Kafedra əməkdaşlarının hazırladıqları tələbələr universitetin tədbirlərində müvəffəqiyyətlə çıxış edirlər. Musiqi təlimi kafedrasının kollektivi bundan sonra da incəsənətimizin layiqincə təbliğinə, inkişafına xidmət edəcək. Hesabat konsertində solo oxuma ixtisası üzrə I kurs tələbələri Bəsti Qasımova, Nurbəniz Niftəliyeva və Məhərrəm Quliyevin, həmin ixtisas üzrə III kursda təhsil alan Bəhruz Quliyevin görkəmli Azərbaycan bəstəkarlarının repertuarından seçdikləri sevilən mahnılar, vokal qrupunun ifasındakı xalq mahnılarından ibarət “Popuri” alqışlarla müşayiət olunub. Musiqi müəllimliyi ixtisası üzrə II kurs tələbələri Xədicə Şərifovanın fortepiano ifası, Mirnazim Seyidbəylinin çaldığı saz havası, Bilal Ərdoğanın, Murtuz Haqverdiyevin tarda ifa etdikləri musiqilər də rəğbətlə qarşılanıb.
Yekunda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək muxtar respublikada mədəniyyətin, incəsənətin inkişafında, yüksək ixtisaslı musiqiçilərin, peşəkar sənətkarların hazırlanmasında incəsənət fakültəsinin rolundan danışıb. Ümumilikdə hesabat konsertini müsbət qiymətləndirən rektor, müəllimlərdən Əli Davudinin və digərlərinin əməyini yüksək dəyərləndirib. Universitetin rəhbəri səhnədə ilk kövrək addımlarını atan tələbələrə yaradıcılıq uğurları arzulayıb, tövsiyələrini çatdırıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info