“Baku Steel Cоmpany” 20 ən yaxşı metallurgiya şirkətindən biridir”
Tarix: 25.12.2014 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


“Baku Steel Company” MMC daha bir yeni layihə ilə gündəmə gəldi. MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov və İtaliyanın "Danieli" şirkətinin vitse-prezidenti Tomas Narholts tərəfindən imzalanan müqaviləyə əsasən şikət bir neçə son model texnoloji avadanlıqlar alacaqdır.
BSC zavodunda quraşdırılacaq yeni qurğu ferroərintilərin və dəmirin filizdən birbaşa reduksiyası məhsullarının (ingiliscə DRİ/HBİ) əritmə prosesində sobaya avtomatik verilməsini təmin edəcəkdir. Bu qurğunun vasitəsi ilə DRİ və HBİ-ın əritmə prosesi zamanı 80 faizə qədər istifadə edilməsi mümkün olacaqdır. Bu da öz növbəsində ölkədə tükənməkdə olan təkrar qara metaldan aslılığı azaldacaqdır. Yeri gəlmişkən qeyd edək ki, DRİ və HBİ qonşu Rusiya və İrandan alınmaqdadır. Eyni zamanda şirkət boru istehsalı üçün Rusiyadan idxal olunan dairəvi pəstahların artıq öz ölkəmizdə istehsalına imkan verəcək ən müasir Fasiləsiz Tökmə Maşını da alacaqdır. 9 metr radiusa malik, üç şırnaqlı, dəqiqədə 5 metr tökmə sürətli “Fastcastcupe” tipli bu tökmə maşınında müxtəlif ölçülü dairəvi pəstahlarla yanaşı kvadrat pəstahların da tökülməsi mümkün olacaqdır.
Həmçinin ən müasir poladəritmə müəsisələrində istifadə olunan xüsusi robot qurğularının quraşdırılması Elektrik Qövs Sobasında və Soba-çalovda maye polad nümunələrini sınaq üçün götürməyə və maye metalın tempuraturunu avtomatik təyin etməyə imkan verəcəkdir. Bu da poladəridənlər üçün daha təhlükəsiz iş şəraiti yaratmaq məqsədi ilə görülmüş silsilə işlərdəndir.
Zavodda qurulması planlaşdırılan 4-cü yeni yayma xətti ən müasir texnalogiyaya sahib olmaqla, bir saniyədə 36 metr armatur buraxacaqdır ki, bu da adi yayma xəttlərinin sürətindən 6-7 dəfə çoxdur. Daha önəmli bir fakt isə yeni yayma xəttində istehsal edilən armaturların hər bir metrində "Baku Steel Company"nin adının və loqosunun təyinedici nişan kimi göstərilməsi bu məhsulların şirkətə məxsus olduğunun göstəricisi olmaqla, onları haqsız bazar rəqabətindən qorumağa, keyfiyyətsiz məhsullardan ayırmağa imkan verəcəkdir.
Müqavilənin bağlanması mərasimində çıxış edən "Danieli" şirkətinin vitse-prezidenti Tomas Narholts bildirmişdir ki, “Yüksək ixtisaslı peşəkar kadrlara malik olan “Baku Steel Cоmpany” ən müasir texnologiyaların tətbiqi ilə dünyada inşaat armaturları istehsal edən 20 ən yaxşı metallurgiya şirkətindən biridir desəm yanılmaram!”
Qeyd etmək lazımdır ki, “Danieli” 72 ölkədə metalurgiya müəsisələrinin təhcizatçısı və qurucusu kimi tanınmaqdadır. Onun İtaliya, Almaniya, Avstriya, İsveçrə, Tailand, Cin, Hindistan və Rusiya kimi 8 ölkədə zavodları fəaliyyət göstərməkdədir.


“Baku Steel Cоmpany” MMC-nin mətbuat xidməti






 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info