“ABŞ “insan hüquqlarının müdafiəçisi” adı altında digər ölkələrin suverenliyinə müdaxilə edir”
Tarix: 26.12.2014 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Rəsmi Pekin ABŞ-ı öz ölkəsində insan hüquqlarına hörmətlə yanaşmağa çağırıb
Yanılmıramsa, Aristotelin fikridir, deyir: «Hökm etməyi əvvəl öz evində öyrən». Bütün dünyada guya demokratiya davası aparan ABŞ ikili standartlarını və dünyaya yalnız öz prizmasından yanaşmasını hələ də davam etdirir.
«RİA Novosti» yazır ki, Çinin Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarını xarici dövlətlərin daxili işlərinə müdaxilədən çəkinərək, öz ölkəsində insan hüquqlarının pozulması məsələlərini həll etməyə çağırış edib: “Çin hüquqi dövlətdir. Biz bütün prosesləri qanun əsasında həyata keçiririk. Ona görə də, biz, ABŞ dövlətini öz ölkəsindəki insan hüquqlarına hörmətlə yanaşmağa, “insan hüquqlarının müdafiəçisi” adı altında digər ölkələrin suverenlik və müstəqilliyinə müdaxilə etməkdən çəkinməyə çağırırıq”. Bu fikirləri Çinin Xarici İşlər Nazirliyini səlahiyyətli nümayəndəsi Xua Çunin, ABŞ dövlət katibi Con Kerrinin bəyanatını şərh edərkən bildirib. Qeyd edək ki, «Sputnik» agentliyinin verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri Çin hökumətini siyasi məhbus, Nobel Sülh Mükafatı laureatı Lyu Syaoboanı həbsdən, onun həyat yoldaşı Lyu Syanı isə ev dustaqlığından azad etməyə çağırıb. Bundan başqa, Kerri ölkədəki digər siyasi məhbusların «insan hüquqları üzrə götürdüyü beynəlxalq öhdəliklərə əsasən, onların qorunması və azadlıq təminatları»nın təmin edilməsini Çin dövlətindən tələb edib.
Yeri gəlmişkən, «Bu yaxınlarda terrorizmdə şübhəli bilinən məhbuslara qarşı həyata keçirilən işgəncələrlə bağlı hesabat dərc edilmişdi. Lakin «yumşaq güc» hesabına bu hesabatın tam mətni hələ də cəmiyyətdən gizlədilir» - yazan Çin qəzeti «Global Times» əlavə edir: «Maraqlısı budur ki, bütün bunlara baxmayaraq, ABŞ-ın beynəlxalq imici heç bir zərər çəkmədi».
Nəşr BMT-nin xüsusi məruzəçisi Ben Emmersonun insan hüquqları məsələsi ilə bağlı ABŞ rəsmilərinin təqibini də sadəlövh çağırış adlandırır: «Məhbuslara verilən işgəncə hallarına ABŞ tarixində həmişə meydan verilib və bu, 11 sentyabr hadisələrindən sonra daha da stabil hal alıb. Bununla belə, işgəncə təşkilatçıları müstəsna hallarda məhkəmə qarşısına çıxarılsalar da, ümumilikdə, təəccüblü də olsa, Amerika cəmiyyəti bunlara öz narazılıqlarını nümayiş etdirmir. Bunları da «Global Times» qəzeti yazır.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Mayk Pompeo vә Sergey Lavrov arasında telefon danışığı olub
26.03.2019
Mahmud Abbas Trampın Qolan tәpәlәri ilә bağlı qәrarına reaksiya göstәrib
26.03.2019
İranda iki şəhərin boşaldılmasına göstəriş verildi
26.03.2019
İsrail və HƏMAS atəşkəsə dair razılığa gəliblər
26.03.2019
Çin Fransadan 300 “Airbus” təyyarəsi alacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info