“Azərneftyağ” zavodu Bakı neft emalı zavoduna birləşdirilib
Tarix: 26.12.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Orada çalışan işçilər də “Azərneftyağ” NEZ-in hüquqi varisi hesab edilən zavodda öz fəaliyyətlərini davam etdirəcəklər”
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin 2014-cü il 24 dekabr tarixli əmrinə əsasən “Azərneftyağ” neft emalı zavodunun (NEZ) 2015-ci il yanvarın 1-dən Heydər Əliyev adına Bakı neft emalı zavoduna (BNEZ) qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb. Bu barədə yerli və xarici KİV nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının rəhbərlərinin və hüquq müdafiəçilərinin iştirakı ilə dünən ARDNŞ-də keçirilən mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, neft emalı zavodlarının fəaliyyəti zamanı təkrarlanan bəzi biznes prosesləri əlavə xərclər tələb edirdi, bu da öz növbəsində iqtisadi cəhətdən qeyri-səmərəli hesab olunurdu. “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaq. Həmin zavodun istehsal qurğuları və istehsal sahələri Heydər Əliyev adına BNEZ-in tərkibində fəaliyyət göstərəcək və orada çalışan işçilər də “Azərneftyağ” NEZ-in hüquqi varisi hesab edilən bu zavodda öz fəaliyyətlərini davam etdirəcəklər. Vurğulanıb ki, bu islahatlar yalnız istehsalatın səmərəliliyinin artırılmasına xidmət edir və ixtisar məqsədilə aparılmır. SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov bildirib ki, “Azərneftyağ” zavodunun fəaliyyətinə xitam verilməsi Azərbaycanda bitum və yanacağın miqdarına və keyfiyyətinə təsir etməyəcək: “Əskinə, bu müəssisənin Heydər Əliyev adına Bakı Neft Emalı zavoduna birləşdirilməsi bitum və yanacağın keyfiyyətini daha da yaxşılaşdıracaq”. Vitse-prezident əlavə edib ki, hazırda “Azərneftyağ” zavodunun tamamilə bağlanmasından söhbət gedə bilməz, çünki müəssisədə bitum istehsalı aparılır. D. Məmmədov deyib ki, “Azərneftyağ”ın fəaliyyətinin tam dayandırılması 2018-ci ildə, yəni “Heydər Əliyev adına Neft Emalı Zavodunun tam təkmilləşdirilməsi prosesi başa çatdıqdan sonra mümkün ola bilər.
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov isə qeyd edib ki, "Azəreftyağ"ın fəaliyyəti tamamilə 2030-cu ildə ləğv ediləcək. Vitse-prezident bunu tikilməkdə olan yeni neft-qaz emalı və neft-kimya kompleksinin qeyd olunan tarixdə istismara veriləcəyi ilə əlaqələndirib. Süleyman Qasımov bildirib ki, neftin qiymətinin enib-qalxması ölkədə və dünyada gedən proseslərin qarşısında cüzi bir şeydir: “Dünya bazarlarında neftin qiymətinin düşməsi siyasi məsələlərlə bağlıdır. Bunun SOCAR-a böyük təsiri olmayacaq. Azərbaycanda istehsal olunan neft daxili tələbata yönəlib və dövlət qiymətləri ilə tənzimlənir. Əgər gələn il də neftin qiyməti dünya bazarlarında 60 dollar civarında olarsa, şirkət 1 ildə itirdiyi məbləğ 400 milyon manat olacaq. Bu, böyük rəqəmdir, amma bunun şirkət üçün qorxusu yoxdur. Çünki bu itkilər Azərbaycan Dövlət Neft Fondu tərəfindən kompensasiya olunacaq”. S. Qasımov deyib ki, dünya bazarlarında neftin ucuzlaşması ARDNŞ-in həyata keçirdiyi layihələrə təsir etməyəcək və həmin layihələrin maliyyələşdirilməsi dayandırılmayacaq.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info