Leyla Əliyeva “KÜKNAR“ Beynəlxalq İncəsənət Sərgisi ilə tanış olub
Tarix: 26.12.2014 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzinin parkında “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub. Leyla Əliyevaya sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verilərək bildirilib ki, sərgidə Yeni ilin rəmzi olan küknar ağacları və oyuncaqları fərqli tərtibatda - müasir incəsənət üslubunda təqdim olunur. Parkda ümumilikdə 30 küknar nümayiş etdirilir. Onlardan 12-si bu sərgi üçün hazırlanmış yeni əsərlərdir. Müəlliflərdən 9-u yerli, 3-ü isə digər ölkələrin - Yaponiya, Sloveniya və Özbəkistan təmsilçiləridir. Sərgidə tanınmış rəssam, heykəltəraş və illüstratorlarla yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri də iştirak edirlər. Əsərlərdən biri isə IDEA İctimai Birliyinə aiddir. Sərgidə, həmçinin 2013-cü ildə Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisi və müsabiqəsində iştirak etmiş 18 əsər də nümayiş olunur.
Qeyd edək ki, mərkəzin ötən il ilk dəfə reallaşdırdığı bu layihə çərçivəsində sərgi ilə yanaşı müsabiqə də keçirilib və tədbir iştirakçılarının səsverməsi nəticəsində üç küknarın müəllifi mükafatlandırılıb.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin 2013-cü ildə Yeni il və 2014-cü ildə Novruz bayramları ərəfəsində təşkil etdiyi “KÜKNAR” və “SƏMƏNİ” layihələri mədəniyyət və müasir incəsənətin inkişafına töhfə vermək, adət-ənənələri yaşatmaq, eləcə də izləyicilərdə bayram ovqatı yaratmaq məqsədi daşıyır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin mərkəzin parkında istifadəyə verilmiş yeni kafe ilə də tanış oldu. Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkında təşkil edilən sərgiyə giriş sərbəstdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info