“Yerlərdə turizm xidmətlərinin inkişafına daha çox diqqət yetirməliyik”
Tarix: 26.12.2014 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


"Biz artıq yerlərdə turizm xidmətlərinin inkişafına daha çox diqqət yetirməliyik". Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev 2014-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında çıxış edərkən deyib.
2014-cü ilin abidələrin qorunması baxımından xüsusi bir ilin olduğunu vurğulayan nazirin sözlərinə görə, aparılan islahatlar nazirliyin nəzdində yeni yaradılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işini daha da gücləndirəcək: "Biz artıq deyə bilmərik ki, hansısa abidə pis gündədir. İndiyədək nazirlikdə abidələrin qorunması ilə məşğul olan ayrıca xidmət olmayıb. Bu xidmət bu istiqamətdə işlərin aparılmasında mühüm rol oynayacaq".
Bu ilin yekunlarını çox müsbət dəyərləndirən Ә.Qarayev bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiqlənən Mədəniyyət Konsepsiyası əsasında bir neçə yeni mühüm sənəd hazırlanıb. Nazir əlavə edib ki, bu yaxınlarda Xaçmazda İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət və Turizm Şöbəsi üçün yeni bina tikilərək istifadəyə verilib: "Yaxşı olardı ki şöbələr üçün bütün rayon və şəhərlərdə belə ayrıca binalar tikilsin. Bu, bizim fəaliyyətimizi daha da yaxşılaşdırar".

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info