Gənclər ətraf mühitin qorunması ilə bağlı məlumatlandırılıb
Tarix: 26.12.2014 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Gənclər Mərkəzi İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sənaye ili”ndə gənclərin ətraf mühitin qorunması təşəbbüsləri” adlı layihə çərçivəsində ilk tədbiri keçirib. 24-26 dekabr tarixlərində Şəmkir şəhərində keçirilən tədbirdə rayon ictimaiyyəti nümayəndələri, ziyalılar, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər. Tədbirdə çıxış edən Gənclər Mərkəzi İB-nın sədr müavini Kənan Qubadzadə layihənin əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışıb. Gənclər və İdman Nazirliyi haqqında geniş məlumat verib. Sənaye müəssisələri və onların ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması, minimuma endirilməsi və görülən işlərin genişmiqyaslı olmasının zəruriliyindən danışıb. Gənclərin bu istiqamətdə daha da maarifləndirilməsi, təlimatlandırılması, könüllü fəaliyyətə cəlb olunması üçün təkliflərlə çıxış edib. Bu istiqamətdə həyata keçirilən dövlət proqramlarından bəhs edib. Sənaye tullantılarının azaldılması, tullantısız texnologiyaya keçid, sənaye müəssisələrinin monitorinqi və ictimai nəzarətin gücləndirilməsi, eləcə də digər məsələlərlə bağlı gənclərin daha dolğun məlumatlarla təchiz edilməsi üçün iştirakçılara maarifləndirici buklet, broşur, kitab paylanılıb. Dəvət olunan mütəxəsislər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Bəhram İsgəndərov və QHT sədri Samir Mehdiyevlə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info