Azərbaycanda elektrik avtomobilləri
Tarix: 26.12.2014 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


“GreenCar”- elektrik nəqliyyat vasitələrinin satış və xidmət Mərkəzi Azərbaycan Avtomobil Federasiyası və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə ölkə ərazisində genişmiqyaslı innovativ- ekoloji layihənin həyata keçirilməsinə başlayıb.
Azərbaycan Avtomobil Federasiyasından bildiriblər ki, layihənin əsas məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir.
Ətraf mühitin innovativ metodlarla qorunması, nəqliyyat vasitələri ilə ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək, daha az xərclə daha çox məsafə qət etmək istiqamətində həyata keçirilən bu layihə çərçivəsində “GreenCar” satış və xidmət Mərkəzində müxtəlif ölkələrin istehsalı olan elektrik nəqliyyat vasitələri – elektrik avtomobilləri, elektrik avtobusları, elektrik motosikletləri, elektrik velosipedləri və s. nümayiş olunacaq. Burada ziyarətçilərə elektrik avtomobillərinin ətraf mühitin qorunması baxımından üstünlükləri, onlarda tətbiq olunan texnoloji yeniliklər barədə məlumatlar təqdim ediləcək, həmçinin bu növ avtomobillərin satışı və texniki xidməti təşkil olunacaq.
“GreenCar” layihəsi çərçivəsində bir dəfəyə elektrik enerjisi ilə 300 km məsafə qət edən avtobuslarla marşrutlar üzrə sərnişin daşınması da həyata keçiriləcək. Bu marşrutların gələcəkdə Bakı şəhəri və regionlar üzrə genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda bir dəfəyə elektrik enerjisi ilə 300 km məsafə qət edən elektrik taksilərinin də Bakıya gətirilməsi layihənin tərkib hissəsidir.
Bakı şəhərində (parkinqlərdə, küçələrdə) və magistral yolların bir çoxlarında müasir texnoloji vasitələrlə təmin olunan enerji doldurma cihazları quraşdırılacaq, stansiyalar tikiləcək. Xüsusi proqram təminatı ilə idarə olunan enerji doldurma aparatları ən son texnoloji yenilikləri özündə əks etdirir. Həmçinin elektrik avtomobillərini adi elektrik qutularından da enerji ilə doldurmaq mümkün olacaq.
Layihə Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətində həyata keçirilən ekoloji layihələrə dəstək olmaqla, ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır.
Xatırladaq ki, Azərbaycanda ətraf mühitin mühafizəsi və sağlam ekoloji mühitin yaradılması dövlət səviyyəsində prioritet məsələlər sırasındadır. Bu baxımdan ölkə ərazisində milli parklar yaradılıb, yeni meşə zolaqları salınıb, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər və digər layihələr həyata keçirilib. Azərbaycan, həmçinin ətraf mühitə zərərli maddələrin atılmasının qarşısının alınması məqsədi ilə 2014-cü ildən avtomobillərdə Avro-4 ekoloji standartının tətbiqinə başlayıb.
Azərbaycanda ilk dəfə olaraq “GreenCar” tərəfindən geniş miqyasda həyata keçirilən ekoloji baxımdan təmiz elektrik avtomobillərinə keçidin tətbiqi, bu sahədə maarifləndirmə və təşviqatın aparılması ölkə ərazisində və ümumən regionda ekoloji durumun yaxşılaşdırılması istiqamətində daha bir töhfə olacaq. Layihə Azərbaycanı regionun ən innovativ mərkəzinə çevirməyi də hədəfləyir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info