Bələdiyyə seçkiləri ilə bağlı maliyyə hesabatını təqdim etməsi üçün ayrılmış müddət başa çatır
Tarix: 26.12.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə 23 dekabr 2014-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyalarının maliyyə hesabatının dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi üçün ayrılmış müddət sabah başa çatır. Seçki Məcəlləsinin 96.6-cı maddəsinin tələbinə əsasən səsvermə günündən sonra 5 gün müddətində məntəqə seçki komissiyaları maliyyə hesabatını DSK-lara təqdim etməlidir. Bələdiyyə seçkiləri ilə bağlı məntəqə seçki komissiyaları maliyyə hesabatını dekabrın 28-dək DSK-lara təqdim etməlidirlər. Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyalarının maliyyə hesabatının MSK-ya təqdim edilməsi üçün isə 2015-ci il yanvarın 2-dək vaxt ayrılıb. Seçki Məcəlləsinin 96.7-ci maddəsinə əsasən DSK-lar səsvermə günündən sonra 10 gün müddətində maliyyə hesabatını MSK-ya təqdim etməlidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info