“Novruz bayramını qəbul etməyənə necə azərbaycanlı demək olar?”
Tarix: 26.12.2014 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


"Azərbaycanda nurçuluğun iki qanadı var". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilən “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilmiş konfransdakı çıxışında deyib.
Komitə sədrinin müavini bildirib ki, bunlardan biri “dərsxana nurçuluğu”, digəri isə onlardan ayrılmış “müasir nuçuluq”dur: "Azərbaycanda əsasən bölgələrdə daha çox fəaliyyət göstərən “dərsxana nurçuluğu”dur. Onlara görə, dini izah eləməmişdən, hətta Qurandan öncə risalələri oxumaq lazımdır. Onların fikrincə, yalnız bu risalələri oxumaqla Quranı başa düşmək olar. Bunların “müasir nurçuluq” qanadından fərqi odur ki, siyasətə qarışmırlar. Ancaq təhsilə, dinlə bağlı təbliğata önəm verirlər. “Müasir nurçuluq” qanadında isə siyasi proseslərə müdaxilə var. Məsələn, seçkilərdə kollektiv şəkildə iştirak edirlər. Rəhbərlərinin mövqeyini nəzərə alaraq siyasi proseslərə qatılırlar”.
G. İsmayılov nurçuluğun Azərbaycanda hansı məqamlarda təhlükəli olub-olmaması, cəmiyyət üçün qəbul olunmayan tərəflərindən da danışıb: “Bilirsiniz, Azərbaycanı birləşdirən dəyərlər var. Məsələn, 20 Yanvar faciəsini, Novruz bayramını, 28 May gününü, Qurtuluş gününü, 26 İyun gününü, 31 Dekabr gününü, Şah İsmayıl Xətaini, Dədə Qorqudu və s. qəbul etməyənə necə azərbaycanlı demək olar? Bunları qəbul etməyənin bir amerikandan, ingilisdən, ərəbdən fərqi varmı? Əlbəttə yoxdur. Saydıqlarım bu ortaq milli-mənəvi dəyərləri qəbul etməyən insanlar Azərbaycan dövlətinə, Vətənə, xalqına münasibət baxımından azərbaycanlı sayılmayandan sonra onların dindar olmasının elə bir əhəmiyyəti qalmır”.
Komitə sədrinin müavini deyib ki, dinin ölkədə yayılmasında problem yoxdur: “Amma elə yayılmalıdır ki, qanunlar pozulmasın, həqiqi dini dəyərlər yayılsın və yayılan zaman milli-mənəvi dəyərlərə əks əməllər olmasın”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info