Səbail veteranları tədbir keçirdi
Tarix: 26.12.2014 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Səbail rayonunun orta məktəblərində təhsil alan yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində aparılan işlər Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır və bu istiqamətdə keçirilən tədbirlərə böyük önəm verilir. Bununla əlaqədar həyata keçirilən tədbirlərdən biri kimi RİH-nin Respublika Veteran Təşkilatları Şurası və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatı ilə birgə rayondakı 132-134 saylı Təhsil Kompleksində «Ulu öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı və qurucusudur» mövzusunda tədbir olub.
Ehtiyatda olan bir qrup yüksək rütbəli hərbiçilərin, müharibə və əmək veteranlarının, orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbiri açıq elan edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev əvvəlcə qonaqları və tədbir iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib və qonaqların təqdimatından sonra müstəqil Azərbaycanın öz ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gördüyü işlərdən söhbət açıb. Qeyd olunub ki, Heydər Əliyev SSRİ dövründə və müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirib. Məhz Heydər Əliyevin uzaqgörənliyi nəticəsində hələ 1971-ci ildə Azərbaycanda ilk hərbi lisey yaradıldı və bu liseydə Azərbaycanlı uşaqlar təhsil alaraq, sonradan ölkənin ali hərbi məktəblərinə daxil olmaq, zabit peşəsinə yiyələnmək imkanı əldə etdilər. Bu gün Azərbaycan ordusunun sıralarında vaxtı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmiş yüzlərlə zabit və general xidmət edir. Onların çoxu Qarabağ döyüşlərində böyük bacarıq və şücaət göstəriblər.
Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artırıb, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub.
Toplaşanlar qarşısında çıxış edən Respublika Veteran Təşkilatları Şurasının sədri, general-mayor Dadaş Rzayev, Əfqanıstan və Qarabağ veteranı, general-mayor Məmmədhüseyn Sarıyev, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəman Ömər Ağayev, Böyük Vətən Müharibəsi iştirakçıları 95 yaşlı Bəkir Məmmədov və Adilə Ağakişiyeva, ehtiyatda olan polkovnik, Qarabağ veteranı, Respublika Veteran Təşkilatları Şurası rəyasət heyətinin üzvü Həsən Əmirov müasir Azərbaycan Ordusunun yaradılması və möhkəmləndirilməsi, onun kadr potensialının yetişdirilməsi və təkmilləşdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin gördüyü işlərdən, Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə olunmuş nailiyyətlərdən, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlərdən, ulu öndərimiz Heydər Əliyevin arzularının bir çoxunun artıq reallığa çevrilməyə başladığından söhbət açıblar. Qonaqlar şagirdlərin çoxsaylı suallarını cavablandırıb, təhsildə və ictimai həyatda fərqlənən bir qrup 11-ci sinif şagirdi Respublika Veteran Təşkilatları Şurasının Fəxri Fərmanları ilə təltif olunublar. Tədbirin sonunda Təhsil Kompleksinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Nigar


















 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
19.06.2019
Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır
19.06.2019
Məhkumlara tibbi xidmətdə müsbət təcrübəmiz dünyada örnəkdir
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
19.06.2019
Yeni biznes portalı fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info