Dövlət Fitosanitar Nəzarəti Xidməti regional elmi-praktik seminar keçirib
Tarix: 26.12.2014 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Quba rayonunun Heydər Əliyev Mərkəzində “Ekoloji təhlükəsiz pestisidlərin və bioloji preparatların tətbiqinin genişləndirilməsi, elmi əsaslandırılmış antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması yolu ilə kimyəvi preparatların səmərəliliyinin yüksəldilməsi” mövzusunda regional elmi-praktik seminar keçirilib. Seminarda Dövlət Xidmətinin və Xidmətin yerli qurumlarının əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, müvafiq elmi-tədqiqat institutlarının mütəxəssisləri, fermerlər, torpaq mülkiyyətçiləri, pestisidlərin satışı və tətbiqi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, ümumilikdə 250 nəfər iştirak edib. Regional elmi-praktik seminarın gedişində aşağıdakı mövzular müzakirə olunub: - Kənd təsərrüfatında fitosanitar tədbirlərin həyata keçirilməsinin elmi-praktik istiqamətləri; - Respublika ərazisində Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury) yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə milli fitosanitar məhdudlaşdırıcı və ləğvedici tədbirlər planının təqdimatı; - Elmi əsaslandırılmış antirezistent mübarizə sxemlərinin qurulması hesabına zərərli orqanizmlərdə pestisidlərə qarşı davamlılıq probleminin aradan qaldırılması yolu ilə kimyəvi preparatların səmərəliliyinin yüksəldilməsi; - Bioloji mübarizə üsulunun geniş tətbiqinə nail olmaqla bitki mühafizəsi tədbirlərinin iqtisadi və sosial səmərəsinin yüksəldilməsi; - İnsan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə əsas bitki kulturaları üzrə inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiqi perspektivləri; - Tumlu meyvə bağlarının xəstəlik və zərərvericilərinə qarşı inteqrir mübarizə tədbirləri; – Pestisidlərdən istifadə zamanı təhlükəsizlik tədbirləri; - Kimyəvi preparatların tətbiqinin zərərli orqanizmlərin iqtisadi ziyanvermə hədləri və entomofaqların səmərəlilik həddi əsasında istifadəsi reqlamentinə nail olmaqla pestisidlərin kütləvi tətbiqindən zəruri hallarda tətbiqinə keçilməsi yolu ilə kimyəvi vasitələrin tətbiqinin rasionallaşdırılması; - Ekoloji təhlükəsiz və hormonal təsirli pestisidlərin və bioloji preparatların tətbiqinin genişləndirilməsi.
Seminarın keçirilməsində əsas məqsəd pestisidlərin kortəbii tətbiqindən zərərli orqanizmlərin iqtisadi ziyanvermə həddi və entomofaqların səmərəlilik həddi əsasında tətbiqinə keçilməsi yolu ilə kimyəvi mübarizənin rasionallaşdırılması nəticəsində istehsal edilmiş bitkiçilik məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ətraf mühitin və insan sağlamlığının qorunması, respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi və fitosanitar sabitliyin qorunub saxlanılmasından ibarət olub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info