“Öz biznesinə başla” təlim kursunu bitirən gənclərə birdəfəlik subsidiya ayrılacaq
Tarix: 26.12.2014 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Göyçay Rayon Məşğulluq Mərkəzində “Öz biznesinə başla” təlim kursunun başa çatması münasibətilə tədbir keçirilib və kursu uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub. Bu təlim kursu gənclərin işlə təmin olunması və özünüməşğulluğunun inkişaf etdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əmək Təşkilatı ilə birgə Göyçay rayonunda həyata keçirdiyi “Gənclərin məşğulluğu – subsidiya proqramı” pilot layihəsi çərçivəsində təşkil olunub. Kurs zamanı iştirakçılara biznes planın hazırlanması və idarə edilməsi, marketinq və menecment sahələrində müvafiq biliklər verilib. Təlim kursunu uğurla bitirmiş iştirakçılara öz bizneslərini yaratmaq və inkişaf etdirmək üçün 2015-ci ilin yanvar-fevral aylarından birdəfəlik subsidiya ayrılacaq.
Göyçay rayonunda həyata keçirilən “Gənclərin məşğulluğu – subsidiya proqramı” Beynəlxaq Əmək Təşkilatının (BƏT) “MDB-də gənclərin məşğulluğunun inkişafı” texniki proqramı çərçivəsində 2014-cü ildə həyata keçirilən ikinci layihədir. Belə ki, qeyd olunan texniki proqram çərçivəsində 2014-cü ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində ali təhsilli, ilk dəfə işaxtaran gəncləri əhatə edən pilot layihənin icrasına başlanıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info