İqtisadiyyat və Sənaye Nazirliyi qalib jurnalistləri mükafatlandırdı
Tarix: 26.12.2014 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birgə KİV nümayəndələri arasında təşkil etdiyi “Sənaye ili”nə həsr olunmuş “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” mövzusunda yaradıcılıq müsabiqəsinin yekunlarına dair tədbir keçirildi. “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin və Bakı Biznes Mərkəzinin də dəstək göstərdiyi tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının əməkdaşları və KİV nümayəndələri iştirak edirdilər. Əvvəlcə “Azərbaycanda sənayeləşmə: ənənə və gələcək” filmi nümayiş etdirildi. Sonra öz işinə başlayan tədbiri giriş sözü ilə açan iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edildiyini və ölkə sənayesinin inkişafı istiqamətində il ərzində bir çox tədbirlərin həyata keçirildiyini vurğuladı. Qeyd edidi ki, “Sənaye ili” çərçivəsində KİV nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən 3 məlumat turu, Beynəlxalq Sənaye Konfransı və yaradıcılıq müsabiqəsi təşkil edilmişdir. Bu gün yekun vurulan yaradıcılıq müsabiqəsinə müxtəlif qəzet, sayt, agentlik və telekanallardan ümumilikdə 50 iş təqdim olunmuşdur. Bu işlərin hamısı Müsabiqə Komissiyasının üzvləri tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyənləşdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və şuranın sədr müavini Umud Rəhimoğlu AMŞ-nin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təşkil edilən müsabiqələrdə, eləcə də “Sənaye ili” çərçivəsində keçirilən müsabiqədə nazirliklə fəal əməkdaşlıq etdiyini bildirdi, iştirakçıları təbrik edərək, müsabiqənin təşkilinə görə İqtisadiyyat və Sənaye Nazirliyinə təşəkkür etdi.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə müsabiqəyə çoxlu sayda yazının və televiziya süjetinin təqdim olunmasının Azərbaycanın iqtisadi inkişafına və “Sənaye ili” çərçivəsində görülən işlərə ictimai maraqdan irəli gəldiyini vurğuladı.
Tədbirdə qaliblər elan olundu, onlara diplom və hədiyyələr təqdim edildi. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçılarının iştirakı qeyd olundu və onlar mükafatlandırıldılar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Ölkəyə milyonlar qazandıracaq sahə: meyvə suyu ixracı artıb
22.04.2019
Nazirlik 1-ci rübdə vergi sahəsində görülmüş işlər barədə məlumat yaydı
22.04.2019
Nazir: “Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Bəxtiyar Aslanbəyli: “AÇG yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub”
22.04.2019
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info