Ukraynanın Azərbaycandakı səfiri AzərTAc-da olub
Tarix: 26.12.2014 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Azərbaycan və Ukraynanı sıx dostluq münasibətləri birləşdirir. İki ölkənin informasiya agentlikləri - AzərTAc və Ukrinform arasında da möhkəm tərəfdaşlıq əlaqələri mövcuddur.
Bu fikirlər AzərTAc-ın baş direktoru Aslan Aslanovun Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə görüşündə səslənib.
Görüşdə iki ölkə arasında qarşılıqlı informasiya mübadiləsinin indiki vəziyyətinə və perspektivlərinə nəzər salınıb. Qeyd olunub ki, Ukrinform həm MDB məkanında, həm də beynəlxalq təşkilatlarda AzərTAc-ın ən sıx əlaqələr qurduğu informasiya agentliklərindən biridir. AzərTAc özünün ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində Ukraynanın bu xəbər qurumunun iştirakına şərait yaratmağa hazırdır.
Səfir Aleksandr Mişenko iki ölkənin xalqları arasında sıx dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu, Azərbaycanın Ukraynaya daim dəstək verdiyini vurğuladı. O, qeyd etdi ki, Ukraynada yaşayan azərbaycanlılar ölkənin bu çətin günlərində də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, onu öz vətənləri kimi qəbul edirlər. Hazırda Ukraynanın müxtəlif ali məktəblərində Azərbaycandan xeyli tələbə təhsil alır. Diplomat eyni zamanda vurğuladı ki, bu gün həm Azərbaycan, həm də bütün dünyada Ukraynada baş verən hadisələr haqqında obyektiv və qərəzsiz informasiyaya ehtiyac var. AzərTAc da Azərbaycan cəmiyyətinə belə məlumatların çatdırılmasında önəmli rol oynayır.
Görüşdə regiondakı münaqişələrin xalqlara və dövlətlərə çətinliklər yaratdığı, inkişafa maneələr törətdiyi qeyd edildi, ictimaiyyətin obyektiv məlumatlandırılması ilə bağlı fikir mübadiləsi aparıldı.












 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info