Arye Qut: “Prezident İlham Əliyevin təşəbbüsləri Azərbaycanı regionun ən qüdrətli liderinə çevirib”
Tarix: 26.12.2014 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


İsrailin “Birinci radio” radiostansiyasında tanınmış radioaparıcı Mark Kriçevskinin populyar “Günün detalları” verilişində Azərbaycan Prezidenti İlham Əliyevin 53 illiyi ilə bağlı onun fəaliyyəti geniş şərh və təhlil olunub.
“Birinci radio”nun daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert, Hayva Universitetinin doktorantı Arye Qut M.Kriçevski ilə söhbətində deyib ki, Prezident İlham Əliyev çoxşaxəli fəaliyyət ilə Azərbaycan xalqının məhəbbətini və hörmətini qazanıb. İsrail eksperti deyib: “İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi strategiyanı uğurla davam etdirir. Ermənistan ilə ağır və qanlı ərazi münaqişəsinə, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinə baxmayaraq, ikili standartlardan əziyyət çəkən, çox mürəkkəb və kövrək geosiyasi əhatədə yerləşən ölkə Prezident İlham Əliyevin bilavasitə və çoxşaxəli fəaliyyəti sayəsində sivilizasiyalararası və dinlərarası dialoqun həqiqi nümunəsi olmaqda davam edir”.
Onun fikrincə, İlham Əliyevin yeritdiyi tolerantlıq və multikulturalizm siyasəti və bu ideyaların populyarlaşdırılması həmin siyasətin müasir və güclü Azərbaycanın möhtəşəm modeli nümunəsində dünyada təbliğinə və inkişafına yönələn strategiyanın əksidir. İsrail eksperti vurğulayıb: “Bu baxımdan müasir Azərbaycan məhz Prezident Əliyevin siyasəti və strategiyası sayəsində unikal dünyəvi ölkədir və islam dünyasında yüksək iqtisadi sürətlə inkişaf edən, Qərb praqmatizmi ilə Şərq qonaqpərvərliyinin, adət-ənənələrinin sıx çulğalaşdığı həqiqi mayakdır. Məhz İlham Əliyev Azərbaycanın paytaxtı Bakını beynəlxalq məkana, beynəlxalq humanitar əməkdaşlıq üçün “intellektual Davosa”, habelə 2015-ci il Birinci Avropa Oyunlarının paytaxtına çevirib və bu fakta görə təkcə Azərbaycan deyil, həm də əslən Azərbaycandan olub, onun hüdudlarından kənarda yaşayan bütün insanlar qürur hissi keçirirlər.
Arye Qut hesab edir ki, bugünkü sərt dünyada, - istər müsəlman, istərsə də xristian olsun, - elə bir ölkə yoxdur ki, orada Prezidentin və birinci xanımın hamiliyi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilsin: “Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə unikal yerdir. Bu qəsəbə Azərbaycanın həqiqi qürurudur. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayır, onları ümumi tale birləşdirir. İsrail dövləti Azərbaycan rəhbərliyinin yəhudi icmasına hörmətlə yanaşmasını və mehriban münasibətini yüksək qiymətləndirir. İlham Əliyevin müstəqil xarici siyasət doktrinası sayəsində İsrail Azərbaycanın çoxşaxəli xarici siyasətində xüsusi yer tutur. Təəssüf ki, bu yaxınlarda İsrailin bəzi KİV-lərində Azərbaycan Respublikasının İsrail üçün strateji əhəmiyyətini axıra qədər başa düşməyən və dərk etməyən marginal jurnalistlərin antiazərbaycan ruhlu məqalələri dərc olunub. Əminəm ki, bu marginal jurnalistlər İsrail dövlətinin rəsmi rəyini əks etdirmirlər. Ölkələrimizi strateji xarakter daşıyan möhkəm tərəfdaşlıq münasibətləri bağlayır. Bu da məhz Azərbaycan Prezidentinin qəti və müstəqil mövqeyi sayəsində mümkün olub. Həqiqətən də İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir, habelə o, Azərbaycana neft-qaz, telekommunikasiya və kənd təsərrüfatı sahələrində qabaqcıl texnologiyalar göndərməyə davam edir, Azərbaycanın hərbi sənayesinin inkişafına dəstək göstərir.
Arye Qutun fikrincə, müstəqil, güclü, sabit və müasir Azərbaycan İlham Əliyevin Vətəni və xalqı qarşısındakı böyük və əzəmətli fəaliyyətinin gerçək nəticəsidir. O deyib: “Prezident Əliyevin son 11 ildə xarici və daxili siyasətdə əldə etdiyi uğurlar obyektiv amillərlə bərabər, Prezidentin lider və diplomat kimi şəxsi keyfiyyətləri ilə də bağlıdır. Dövlət başçısının ardıcıl siyasəti nəticəsində ”güclü iqtisadiyyat-güclü dövlət”, “güclü ordu - güclü dövlət” prinsipi təmin olunur. İlham Əliyevin bu illər ərzində gördüyü bütün işləri sadalamağa ehtiyac yoxdur. Prezident vəzifəsində 11 illik fəaliyyəti dövründə ölkənin simasını əsaslı şəkildə dəyişdirdiyini qətiyyətlə demək üçün müasir Bakının küçələrindən keçmək, ölkənin regionlarını gəzib-dolaşmaq kifayətdir. Həqiqətən, Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində bu gün Azərbaycan regionun ən qüdrətli lider dövlətinə çevrilib. Bu regionda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info