NDU Həmrəylik Gününü qeyd etdi
Tarix: 26.12.2014 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı təntənəli şəkildə qeyd olunub. Aparıcılar tədbiri açdıqdan sonra, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, professor-müəllim heyətinə və tələbələrə yeni ildə uğurlar arzu edib. Qeyd olunub ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının sarsılmaz milli birliyinin rəmzidir. 1989-cu ildə Naxçıvanda vüsət alan sərhəd hərəkatına, milli birlik uğrunda mübarizəyə ilk dəfə Heydər Əliyev düzgün siyasi qiymət verərək Naxçıvan MR Ali Məclisinin sədri kimi 1991-ci il dekabrın 16-da 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ilə bağlı xüsusi qərar imzalayıb. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaranmasında mühüm rol oynayır. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib dünyanın bir çox ölkəsində qeyd olunur. Sonra İncəsənət fakültəsinin Tələbə Teatr Studiyası ilə birgə hazırladığı rəngarəng bayram şənliyi başlayıb. Bayram şənliyində Xalq çalğı alətləri kafedrasının müəllimi Sərxan Abdullayevin rəhbərlik etdiyi “Buta” instrumental ansamblının müşayiəti ilə Solo oxuma ixtisası üzrə təhsil alan tələbələrdən Vəli Nəsirov, Bəsti Qasımova, Bəhruz Quliyev, Məhərrəm Quliyev tanınmış Azərbaycan bəstəkarlarının sevilən mahnılarını təqdim ediblər. Xalq çalğı alətləri kafedrasının müəllimləri Sərxan Abdullayev və Zeynəb Yusifovanın ifaları, Tələbə Teatr Studiyası üzvlərinin rəqsləri tədbir iştirakçılarında xoş bayram əhval-ruhiyyəsi yaradıb.

Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info