“Avropalılar Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləmir”
Tarix: 26.12.2014 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Patrik Smit: “Avropa ölkələri liderləri arasında ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara "üsyan” müşahidə edilməkdədir”

Amerikalı publisist Patrik Smit “Salon” jurnalına yazdığı məqalədə qeyd edib ki, Avropa ölkələri liderləri arasında ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara "üsyan” müşahidə edilməkdədir”.
Onun fikrincə, “üsyan” özünü daha çox İtaliya baş naziri Matteo Rensi, Fransa prezidenti Fransua Olland və Danimarkanın xarici işlər naziri Martin Lideqorin tərəfindən son dövrlərdə səslənən bəyanatlarda göstərir. Smitin sözlərinə görə, onlar “bu və ya digər yolla” sanksiyalar əleyhinə siyasət nümayiş etdirməyə çalışırlar. Bu məsələdə İtaliyanın baş naziri daha fəaldır. O, Rusiyaya qarşı yeni sanksiyalara “qəti ehtiyac olmadığı” qənaətindədir. Amerikalı publisist belə hesab edir ki, sanksiyaların dağıdıcı təsiri getdikcə Rusiyanın xaricində də hiss edilməyə başlayıb. Onun sözlərinə görə, əgər 2008-ci ildə Avropa ölkələri iqtisadi problemlərlə mübarizə aparmaq iqtidarında idilərsə, indi onların bu problemlərə qarşı dayanmaq gücü qalmayıb. Ona görə də, Smitin təəbirincə desək, bu problemlər Rusiyanın qonşularının valyuta bazarlarında “xaos” yaradıb. Smit iddia edir ki, Rusiya prezidentinin siyasətinə bir çox avropalılar anlaşma ilə yanaşmağa başlayıb. Onlar Rusiya liderinin səsləndirdiyi ölkə suverenliyinə təhdid olması ilə bağlı fikirlərini hüquqi tərəfdən tanımağa başlayıblar. Patrik Smitə görə, əksər avropalılar etiraf edirlər ki, Putinin Rusiyanın suverenliyinə təhlükə olması ilə bağlı narahatçılıq keçirməyə ciddi əsası var. Ona görə də avropalılar Rusiyaya qarşı sanksiya siyasətinin davam etməsini dəstəkləmir. Amerikalı publisistin proqnozlarına görə, gələn il Rusiya ilə Avropa arasındakı münasibətlər yenə də nizamsız olacaq: “Avropa ya Rusiya ilə, ya da Vaşinqtonla yaxınlaşmalıdır. Hesab edirəm ki, ikinci yol daha optimaldır”.
Agasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info