“Əsas hədəfim Avropa Oyunlarının qızıl medalını qazanmaqdır”
Tarix: 27.12.2014 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Rəsul Çunayev: “Son 3 ildə iştirak etdiyim bütün yarışlardan vətənə medalla qayıtmışam”
“Avropa və Dünya çempionatında, həmçinin müxtəlif turnirlərdə uğurlu çıxış etdim. Vətənə xidmət etdiyim üçün çox şadam. Əlbəttə, Azərbaycan Prezidentini belə layiqli qələbələrlə sevindirə bilərik”. Bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Rəsul Çunayev deyib.
Avropa çempionatının gümüş, Dünya Çempionatının bürünc medalını qazanan həmyerlimiz tarixin yaddaşına qovuşacaq 2014-cü ili dəyərləndirib. 71 kq çəki dərəcəsində mübarizə aparan Çunayev bildirib ki, ili uğurlu hesab etməsinə baxmayaraq, artıq yeni il barədə düşünmək lazımdıq: “Çünki 2015-ci il biz güləşçilər üçün çox məsuliyyətli bir ildir. Azərbaycan ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək. İnşallah, Avropa Oyunlarının qalibi olmaq üçün məşqlərimizi davam etdirəcəyik”. Rəsul stabil çıxış etməməsinə, karyerasında yüksəliş və enişin olmasına da aydınlıq gətirib: “Bəzi şəxsi problemlər vardı. Hansı yarışlarda iştirak edib, etməyəcəyim də tam bəlli deyildi. Lakin hazır olmasam da, məşqçilər mənə inandılar və yarışlarda çıxışıma imkan yaratdılar. Mən də onların ümidlərini doğrultmağa çalışdım. Son 3 ildə iştirak etdiyim bütün yarışlardan vətənə medalla qayıtmışam. Mükafatlarım arasında, qızıl da, gümüş də, bürünc də olub. Çalışıram ki, həmişə vətənimizin bayrağını yüksəklərə qaldıram”.
Daşkənddə keçirilən mundialda bürünc medal uğrunda döyüşdə Varşam Boranyana qalib gəldikdən sonra əsgər salamı ilə yadda qalan güləşçi yeni il üçün fərqli ideyasının olmadığını deyib. Gənclər və İdman Nazirliyinin ilin yekunları ilə bağlı açıqladığı “Qızıl onluq”da yer alan idmançının sözlərinə görə, əsas hədəfi Avropa Oyunlarının qızıl medalını qazanmaqdır: “Yeni ildə ilk yarışım fevralda Dünya Kuboku olacaq. Burada iştirakdan sonra Avropa Oyunlarına seçim də reallaşacaq”. Çunayevin mübarizə apardığı 71 kq çəki dərəcəsi Yay Olimpiya Oyunlarında olmayacağından Avropa Oyunlarından sonra əvvəlki çəkisinə qayıda biləcəyini vurğulayıb. Onun sözlərinə görə, 66 kq çəki dərəcəsində ən titullu idmançılarımızdan olan Həsən Əliyevlə mübarizədən çəkinmir: “Ümid edirəm ki, öz çəkim - 66 kq-a qayıdacam. Əliyevlə rəqabətə gəlincə, qismət kimindi, Rio-de-Janeyroya da o gedəcək”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info