ABŞ-da Azərbaycan icması təntənəli tədbir keçirib
Tarix: 29.12.2014 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatındakı Azərbaycan icmasının aparıcı təşkilatlarından olan Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Cəmiyyəti (ŞKAMC) San Xose şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təntənəli tədbir keçirib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun yaydığı məlumata görə, Baş Konsulluğun dəstəyi ilə keçirilən tədbirdə Kaliforniyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız bir araya gələrək, bu əlamətdar günü birgə qeyd ediblər.
Tədbirdə həmrəylik gününün tarixi əhəmiyyətindən söz açılıb, bu ənənənin dünya azərbaycanlılarının vahid kimliyinin inkişafındakı önəmindən bəhs edilib. Bu səpkidə, Baş Konsulluğun vitse-konsulu Rafiq Rüstəmov çıxış edərək, tədbir iştirakçılarını Həmrəylik günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib. O, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər il 31 dekabr tarixini xüsusi qeyd etdiyini, bu əziz günün digər xalqlardan fərqli olaraq azərbaycanlılar üçün ikiqat bayram olduğunu bildirib. Həmçinin, R.Rüstəmov bu əlamətdar günün ümummilli lider Heydər Əliyev tərəfindən dünya azərbaycanlılarının milli kimlik məfkurəsinə, azərbaycançılıq dəyərlərinə verilən ən önəmli töhfələrdən biri olduğunu qeyd edib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın gündən-günə daha da gücləndiyini bildirən R.Rüstəmov, bu gün Azərbaycan Respublikasının dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların yeganə müstəqil dövləti olduğunu və bütün azərbaycanlıların bu dövlət ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb.
Daha sonra Azərbaycan icmasının fəallarından Vüsal Əzizəliyev, Həmid Azəri və Mehriban Məmmədova çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün hər bir azərbaycanlı üçün, o cümlədən Kaliforniyada yaşayan soydaşlarımız üçün xüsusi önəm daşıdığını bildiriblər.
Tədbir Azərbaycan musiqisindən nümunələr və ziyafətlə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info