“Rossiya 24” telekanalında Mehriban Əliyeva haqqında sənədli film nümayiş olunub
Tarix: 29.12.2014 | Saat: 15:31:00 | E-mail | Çapa göndər


Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr edilən “Biz hamımız uşaqlıq ölkəsindənik” (“Все мы родом из детства”) adlı sənədli film nümayiş olunub.
Ekran əsərində birinci xanım Mehriban Əliyevanın çəkildiyi “Danışan məktub” filmindən kadrlar göstərilir, həmin filmdə əsas rollardan biri olan Validə obrazını onun məharətlə oynadığı qeyd edilir.
Filmdə Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun yüzlərlə insana kömək göstərdiyi də əksini tapır. Belə ailələrdən biri balaca İmranın ailəsi olub. Bədbəxt hadisə nəticəsində ağır zədə almış İmran fondun dəstəyi ilə yenidən normal həyata qaytarılıb.
Filmdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ali təhsil aldığı və həkim işlədiyi illərdən də bəhs edilir.
Filmin yaradıcı heyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafına, Bakının memarlığına xüsusi önəm verdiyi, Müasir İncəsənət Muzeyi kimi yeni incəsənət və mədəniyyət mərkəzlərinin yaradıldığı məqamlara da diqqət yönəldir.
UNESCO-nun baş katibi İrina Bokova, Fransa Senatının üzvü Natali Qule Mehriban Əliyevanın Azərbaycanın xaricdə tanıdılması istiqamətində gördüyü işlərdən danışırlar. Aktrisa Ornella Muti təşkilat komitəsinin sədri birinci xanım olan “Eurovision-2012” musiqi yarışmasının yüksək səviyyədə keçirildiyini deyib.
Filmdə Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada qədim məbədlərin, Romada katakombaların bərpa edildiyi, Azərbaycanın İtaliyada həyata keçirilən müştərək humanitar layihələrdə iştirak edən ilk müsəlman dövləti olduğu, Fondun Versal sarayında aparılan bərpa işlərində fəal iştirak etdiyi vurğulanır. Həmçinin Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının rəhbəri kimi fəaliyyəti, birinci xanımın Federasiyaya rəhbərlik etdiyi dövrdə ölkədə bu idman növünün inkişafı ilə bağlı kadrlar da yer alır.
SSRİ xalq artisti Tamara Sinyavskaya Mehriban Əliyeva haqqında xatirələrini bölüşür, Ümumrusiya Gimnastika Federasiyasının prezidenti İrina Vinner birinci xanımın rəhbərliyi ilə Azərbaycan gimnastikasının qazandığı uğurlardan, aktyor Rober Osseyn isə Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli humanitar fəaliyyətindən bəhs edirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info