Elmin İnkişafı Fondu xüsusi “Mobillik qrantı” müsabiqəsini elan edib
Tarix: 29.12.2014 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsini elan edib.
Fondun mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin məqsədi ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq səviyyədə araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, xüsusilə alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni təcavüzlərinin araşdırılması, bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanının yaradılmasıdır.
Müsabiqə çərçivəsində on min manatadək qrantların verilməsi yolu ilə xarici ölkələrin arxivlərində işləmək üçün müddəti bir ayadək olan layihələrin və proqramların maliyyələşdirilməsi nəzərdə tutulub. Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi yüz min manat təşkil edəcək.
Cari müsabiqəyə təqdim olunacaq layihələrdə xarici ölkələrin arxivlərində işləmək üçün müddət olaraq 2015-ci ilin fevral ayının 3-cü ongünlüyü və mart-aprel ayları nəzərdə tutulur. “Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə və elmi ad, yaş və s. kimi məhdudiyyətlər qoyulmur.
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən yanvarın 30-u saat 17:00-dək aparılacaq. Bu müddət ərzində Fond tərəfindən müvafiq təbliğat işi aparılacaq, tərtibatla bağlı xüsusi seminarlar keçiriləcək. Müsabiqənin qalib layihələri üzrə nəticələr vaxtaşırı olaraq KİV-də müxtəlif dillərdə olmaqla işıqlandırılacaq. Müsabiqənin nəticələri üzrə Elmin İnkişafı Fondu tərəfindən kitab nəşr edilməsi də planlaşdırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info