Çində Həmrəylik Günü qeyd olunub
Tarix: 29.12.2014 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Çin Xalq Respublikasında (ÇXR) qeyd olunub.
Azərbaycanın ÇXR-dəki səfirliyində təşkil olunan tədbirdə əvvəlcə dövlət himni səslənib. Sonra Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriki oxunub.
Bu bayramın müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaradılmasında böyük rol oynadığını bildirən səfir Lətif Qəndilov deyib ki, soydaşlarımızın həmrəyliyi hazırda özünü daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir.
Bildirilib ki, ulu öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyinin təmin olunmasını, onların Vətənlə əlaqələrinin möhkəmlənməsini daim diqqətdə saxlayırdı. Məhz onun təşəbbüsü ilə dünya azərbaycanlılarının birinci qurultayı keçirilib, xaricdə yaşayan soydaşlarımızla bağlı fəaliyyət göstərən dövlət komitəsi yaradılıb.
Son illərdə azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir. Xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təminatı, Azərbaycan haqqında obyektiv məlumatların yayılması və dövlət maraqlarının qorunması sahəsində diaspor təşkilatlarının rolu xeyli artıb. Dövlətimiz diaspor təşkilatlarına bu istiqamətdə verdiyi dəstəyi bundan sonra da davam etdirəcək.
Səfir Lətif Qəndilov deyib ki, Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi və doğma vətəni, ümid və istinad yeridir. Odur ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən prosesləri diqqətlə izləyir, qazanılan uğurlara sevinir, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması ilə fəxr edir.
Sonda müstəqillik illərində Azərbaycanın beynəlxalq arenada qazandığı diplomatik uğurlara həsr olunmuş sənədli film nümayiş olundu.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info