Yaponiyada Azərbaycanla bağlı kitab təqdimatı olub
Tarix: 29.12.2014 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Tokioda “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə - Azərbaycan” adlı kitabın təqdimat mərasimi keçirilib.
İki ölkə arasındakı münasibətlər tarixində Azərbaycan haqqında belə bir kitab ilk dəfədir hazırlanır. Tanınmış yapon iş adamı və jurnalist, “World Investors TV” internet televiziyasının prodüseri Kazuyasu İşida tərəfindən səfirliyin dəstəyi ilə ərsəyə gələn kitabın təqdimatında Yaponiyanın ictimai-siyasi xadimləri, işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə iki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini və ölkəmizin bu münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, siyasi dairələr və iri şirkətlərin genişlənən əməkdaşlığı ölkələrimiz arasında dostluq və etibarlı tərəfdaşlıq münasibətlərinə çevrilib.
G.İsmayılzadə vurğulayıb ki, daim inkişaf edən münasibətlər barədə geniş təbliğatın aparılması qarşılıqlı əlaqələrin inkişafında vacib vasitələrdən biridir. Azərbaycan haqqında Tokioda ilk dəfə nəşr edilən kitab yaponlar tərəfindən ölkəmiz barədə daha ətraflı məlumatların əldə olunmasında mühüm rol oynayacaq. Səfir əmin olduğunu bildirib ki, tanınmış iş adamı və jurnalist Kazuyasu İşida tərəfindən hazırlanan bu kitab gələcəkdə digər istiqamətlərdə də yeni nəşrlərin yaranmasına təkan verəcək. O qeyd edib ki, belə nəşrlər Yaponiyada ölkəmiz haqqında daha geniş məlumatlar əldə etməyə imkan yaradacaq.

Mərasimdə çıxış edən Kazuyasu İşida kitabın hazırlanmasında göstərdiyi dəstəyə görə səfirliyə minnətdarlığını bildirib. Azərbaycana böyük rəğbətinin olduğunu deyən K.İşida iki il ərzində ölkəmizə etdiyi səfərlərin kitabın ərsəyə gəlməsində böyük rol oynadığını qeyd edib, Azərbaycanın sürətli inkişafı barədə yapon ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Azərbaycanda əcnəbi iş adamlarına yaradılan imkanlar barədə yapon biznesmenlərinin məlumatlandırılması, habelə iki ölkə arasında münasibətlərin inkişafı üçün bu cür kitabın hazırlanmasına ehtiyac duyduğunu qeyd edən K.İşida gələcəkdə də ölkəmiz haqqında yeni kitablar yazmaq niyyətində olduğunu bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info