Əmanətdən ildə 500 manatdan artıq gəlirdən vergi tutulacaq
Tarix: 29.12.2014 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Bu gün Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclası keçirilib.
İclasda “Vergi Məcəlləsi”ndə dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub.
İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, “Vergi Məcəlləsi”nin tətbiqi ildən-ilə büdcəyə daha çox maliyyə vəsaitinin daxil olmasına imkan verir, bu da nəzərdə tutulan işlərin həyata keçirilməsinə şərait yaradır.
Vergilər nazirinin birinci müavini Natiq Əmirov məcəlləyə dəyişikliklər barədə məlumat verib. O, bildirib ki, ən mühüm dəyişiklik yerli bankların və xarici bankların Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsini gəlir vergisindən azaddır.
“Əhalinin əmanətlərə görə illik gəlirinin 500 manatadək hissəsi gəlir vergisindən azaddır. Əmanətlərə görə illik gəliri 500 manatdan çox olan hissədən gəlir vergisi tutulacaq. Məsələn, əmanətçinin bir bankda 30 min manat həcmində əmanəti olarsa, həmin şəxs ildə 300 manat gəlir vergisi ödəməli olacaq. Əgər əmanətçi gəlir vergisindən azad olmaq istəyirsə, o zaman bu məbləği altı bankda illik gəliri 500 manatdan çox olmamaq şərti ilə yerləşdirə bilər”, - deyə N. Əmirov bildirib.
Millət vəkili Vahid Əhmədov sözügedən dəyişikliyi bir il sonra müzakirə etməyi təklif edib.
Komitənin sədrinin müavini Çingiz Əsədullayev isə Vahid Əhmədovun təklifinin əksinə olaraq ümumiyyətlə güzəştlərin ləğvini daha məqbul hesab edir. Millət vəkilinin fikrincə, əmanətlərin illik gəlirinin 500-dək olan hissəsinin vergidən azad olunması banklar üçün müəyyən problemlər yaradacaq: “Əgər bu dəyişiklik qalarsa, banklar proqram təminatını yeniləməli olacaq”.
Sonda qanun layihəsi Milli Məclisin Plenar iclasında müzakirə olunmaq üçün tövsiyə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info