“2014-cü ili Azərbaycan gəncliyi üçün uğurlu il hesab etmək olar”
Tarix: 29.12.2014 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


“2014-cü ili Azərbaycan gəncliyi üçün uğurlu il hesab etmək olar. Çünki keçirilən tədbirlər, layihələr, festivalların gedişatını izləsək, artıq, gənclərin öz potensiallarından səmərəli istifadə etdiyini əminliklə söyləyə bilərik”. Bu fikri “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə bildirib.
O, dövlətimizin gənclərə xüsusi qayğısının olduğunu qeyd edib: “Bildiyiniz kimi, ulu öndərimizin hakimiyyətə qayıdışından sonra ilk sərəncamlarından biri Azərbaycanda Gənclər və İdman Nazırliyinin yaranması haqqında sərəncam olub. 3-il öncə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu yaradılıb. Bizim gənclər, məncə, məhz dövlət səviyyəsində belə qayğı ilə əhatələniblər. Gənclərlə işləyən bir qurum olaraq “Addım” Gənclər Təşkilatının fəaliyyətinin də bu il səmərəli olduğunu düşünürəm. Bu il təşkilat üzvlərinin sayı 3 dəfə artaraq 15000-ə çatıb. İl ərzində dövlətin dəstəyi ilə 17 layihə həyata keçirdik. Statistikaya söykənib qeyd edə bilərəm ki, qeyd etdiyim layihələrə 1000 000-dan çox insana duyuru edə bilmişik”.
H.Cavadzadə az müddətdə əldə etdikləri böyük nailiyyətləri dövlətin qayğısı ilə əlaqələndirib: “Bugünlərdə Prezident İlham Əliyevin ad günü ilə bağlı hazırladığımız və böyük rəğbətlə qarşılanan təbrik videosunda isə “Addım”ın daha bir istiqamətdə fəaliyyətini göstərdik. Bu il məhz bizim təşkilatın dəstəyi ilə xeyli gənc ölkəmizi müxtəlif festival və yarışlarda təmsil edib, nailiyyətlər əldə edib. 2015-ci ilə isə ümidlərimiz daha böyükdür. Yeni ilin gəlişi ilə daha uğurlu addımlar atacağımıza əminəm”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info