Kimsəsizlər üçün qış sığınacaqları quraşdırılacaq
Tarix: 29.12.2014 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Gənclər Şəbəkəsi Təşəbbüsü İctimai Birliyi və yerli icra hakimiyyətləri orqanları tərəfindən “Kimsəsizlər üçün qış sığınacaqları” layihəsi həyata keçiriləcək. Layihə qaranlıq küçələri özlərinə ev, soyuq və şaxtalı qış küləklərini özlərinə dost seçmiş kimsəsizlərlə bağlıdır.
Gənclər Şəbəkəsi Təşəbbüsü İctimai Birliyinin sədri Ülvi Kazım qəzetimizə bildirib ki, aidiyyəti yerli icra hakimiyyətləri layihə üçün daimi yerlər ayıracaq: “Bizlər də həmin ayrılmış yerlərdə çadırları quraşdıracaq, içərisinə tutduğu qədər yataq dəstləri yerləşdirəcəyik. Məqsədimiz gecə yatmağa yeri olmayan, soyuqdan donan insanların bir gün və daha artıq yaşamalarına vəsilə olmaqdır. Təşkilatçılıq və maliyyə dəstəyi biz tərəfdən olacaq, idarəçilik və daimi nəzarət icra hakimiyyətləri tərəfindən həyata keçiriləcək. Layihə Bakının 12 rayonunda nəzərdə tutulsa da, hələlik Səbail rayonundan başlanaraq davam edəcək. Həvəskar gənclərimiz istədikləri zaman bu proseslərdə ictimai əsaslarla fəaliyyət göstərə bilər”.
Ülvi Kazımın sözlərinə görə, layihə sadəcə qış aylarında davam edəcək: “Layihə tam hazırdır, sadəcə icraçı və təşəbbüskar gənclərə ehtiyacımız var. Proseslərin ardıcıl və davamiyyətli getməsi üçün bizə güvənli koordinatorlar və könüllü gənclər lazımdır ki, görüləcək işlərin arxasınca həvəslə və vaxtında getsin”.
Nəzərinizə çatdıraq ki, layihədə iştirak etmək istəyən könüllü gənclər “ulvi.kazimov@gmail.com” ünvanına CV-sini göndərə bilər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info